Paşinyan Putinin andiçmə mərasiminə niyə getmədiyini açıqladı: "Dəvət almamışam"
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməməsini dəvətin olmaması ilə əlaqələndirib.
KONKRET.az xəbər verir ki, Paşinyan 2023-cü ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etdiyi halda, Putinin inauqurasiya mərasiminə getməməsinin səbəbini "dəvət almadım", – deyə izah edib.
Paşinyan qeyd edib ki, o, Türkiyə prezidentindən andiçmə mərasimində iştirak etmək üçün dəvət alıb və bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması gündəmini və onun xüsusiyyətlərini nəzərə alaraq qəbul edib.
"Mən Rusiya prezidentindən dəvət almamışam, amma dəvət alsaydım, bugünkü söhbət mənim üçün heç də az əhəmiyyət kəsb etməzdi. Çünki biz çox vacib məsələləri müzakirə edirik. Ümid edirəm ki, siz də bunu eyni cür qiymətləndirəcəksiniz, çünki siz bunu əhəmiyyətsiz hesab edirsinizsə, o zaman suallar niyə verirsiniz…", – deyə Ermənistanın baş naziri vurğulayıb.
Günel Mikayılova,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev