Paşinyanın Bakıya mesajının şifrəsi çözüldü: 17-13=4 nə deməkdir?

Paşinyanın Bakıya mesajının şifrəsi çözüldü: 17-13=4 nə deməkdir?"Ermənistanın Baş naziri Nikol Paşinyanın "Azərbaycanla sülh müqaviləsinin yekun variantında 17 maddədən 13-ü razılaşdırılıb və biz razılaşdırılmış bəndlər əsasında sülh müqaviləsi imzalayaq" sözləri o deməkdir ki, Ermənistan Konstitusiyasının Azərbaycana qarşı ərazi iddiasını əks etdirən bənd razılaşdırılmayan məsələlər içərisində yer alıb".
KONKRET.azxəbər verir ki,bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Paşinyan dəyişikliyi zəruri saysa da, gələcəkdə həll etməyə üstünlük verir:
"Halbuki Azərbaycan Prezidenti İlham Əliyev konstitusiya dəyişikliyini sülh sazişinin imzalanması üçün əsas şərt kimi irəli sürüb və bu mövqedə dəyişiklik yoxdur.
Paşinyan İlham Əliyevlə sərhəddə görüşüb danışıqlar aparmaq istədiyini vurğulayıb. O, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini bildirib. Paşinyan Putinin xətrinə dəyməmək üçün çoxtərəfli danışıqlar formatını da nəzərdən keçirə biləcəklərini söyləyib. Rəsmi Bakı birbaşa danışıqların əleyhinə deyil, bu məsələdə konsensus var".
Politoloq vurğulayıb ki, Paşinyan ermənilərin Qarabağa qaydışının mümkün olmadığını da deyib:
"Baş nazir haqlıdır. Ermənilər Qarabağa qayıtmaq üçün Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Bunu isə istəmirlər. Demək, geri qayıda bilməyəcəklər. Nikol Paşinyanın bir maraqlı açıqlaması da Ruben Vardanyan haqqında olub: "Vardanyan Rusiya vətəndaşlığından imtina etdi. Kim onu Ermənistana və Qarabağa göndərdi? Hansı zəmanətlərlə göndərilmişdi? Niyə onu göndərən sonda dedi ki, onu çox yaxşı tanımır və onun ölkəsinin vətəndaşı deyil?"
Paşinyan bu cümləsi ilə ona işarə edib ki, Ruben Vardanyanı Qarabağa Moskva göndərsə də, sonra ona sahib çıxmayıb. Bunun səbəbi də bəllidir. Rusiyada milyardlara sahib olan və şirkətlərini idarə edən Ruben Vardanyanın Qarabağa qəfil gəlişinin Moskvanın planı olduğunu biz də bilirdik. Ancaq Vardanyan milyardlarını Qərb sanksiyalarından qorumaq üçün Rusiya vətəndaşlığından imtina etdikdə Kreml ondan üz döndərdi. Bu səbəbə görə Kreml Vardanyana sahib çıxmadı. Bunu Paşinyan da bilir"./Globalinfo.az

Siyasi       Tarix: 03 sentyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün xeber az ensonxeberler son xeberler bugun 2026 canli