"Paşinyanın məqsədi görüntü yaratmaqdır" - AÇIQLAMA
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı noyabrda Bakıda keçiriləcək COP29-a qədər sülh sazişinin razılaşdırılmış maddələrini imzalamağa dəvət edib. Baş nazir vurğulayıb ki, burada əsas məqsəd sülh prosesinin inkişafı üçün stimullaşdırıcı mühit yaratmaqdır.
Maraqlıdır, ölkələr arasında razılaşdırılmış bəndlər əsasında çərçivə sənədinin imzalanması nə dərəcədə real görünür və bu, Ermənistanın növbəti təxribatlarına zəmin yarada bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi ekspert Elşad Paşasoy Paşinyanın söz oyunu ilə məşğul olduğunu düşünür:
"Paşinyan dəfələrlə bildirib ki, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Hətta qeyd edib ki, bunu 1 ay ərzində imzalamaq üçün siyasi iradəyə sahibdirlər. Paşinyan bununla daha çox beynəxalq təşkilatlara, müxtəlif paytaxtlara mesaj göndərir. Məqsəd ancaq görüntü yaratmaqdır. Ermənistanın silahlandırılması baş verirsə, ordu NATO standartlarına uyğunlaşdırılırsa, ölkədə revanşizm təzahürləri tüğyan edirsə, separatçılıq canlanırsa, bəzən təhdid dolu bəyanatlar səslənirsə, o zaman Paşinyan hansı sülhdən danışa bilər? Onun açıqlamaları ancaq və ancaq siyasi riyakarlıqdır. O, revanşizmə meydan verib, özü sülh çağrışlarının pərdəsi arxasında gizlənir".
Ekspert bildirib ki, Ermənistanla çərçivə sənədinin imzalanması gərginliyə son qoymayacaq:
"Azərbaycan və Ermənistan arasında sülh sazişi variantının 10-a yaxın müdadiləsi həyata keçirilib. Azərbaycan sülh üçün 5 baza prinsipi təqdim edib. Bununla da ölkələr arasında 30 illik gərginlik başa çata bilər. Baxın, Azərbaycan-Rusiya-Ermənistan arasında 2020-ci il 10 noyabrında imzalanmış üçtərəfli bəyanatda kommuni̇kasi̇yaların açılması nəzərdə tutulurdu. Ancaq 4 ildir hələ də real addım atılmayıb. Əgər bəyanatda qeyd olunan məsələlər icra olunmayıbsa, ona görə də çərçivə sənədinin imzalanması nəyisə dəyişməyəcək. Ermənistan Azərbaycanın şərtləri altında sülhə imza atmalıdır. Dediyim kimi, onlar bizim şərtlərimizdən boyun qaçırırsa, çərçivə sənədinin imzalanması gərginliyi azaltmayacaq".
Müsahibimiz qeyd edib ki, Ermənistan digər ölkələrin maşasıdır:
"Qeyd etdiyim kimi, Ermənistanda revanşizm əlamətləri baş qaldırıb. Ordu yenidən qurulur. Revanşizm tərəfdarları gələcəkdə hakimiyyətə gələrsə, o zaman Paşinyanın imzaladığı sənədi heçə sayacaqlar. Ermənistan gerbində və konstitusiyasında Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları var. Bunların dəyişdirilməməsi onların məkirli siyasətinin göstəricisidir. Həmçinin Fransa Prezidentinin BMT kürsüsündən Azərbaycanla bağlı sərsəm açıqlamaları da sülhə zərbədir. Ermənistan digər ölkələrin maşasıdır. Ona görə də sülhün imzalanması bir qədər çətinləşir".
Məlik Məlikov,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb