Peyvənd tələb edən xəstəlik: Hansı hallarda ağırlaşa bilər?
Ötən il ölkədə qızılcaya yoluxanların sayındakı artım peyvəndlənmə sayəsində azalıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov mətbuata açıqlamasında hazırda qızılcaya yoluxanların sayında kəskin azalma olduğunu bildirib.
Qızılca ilə yanaşı, peyvənd tələb edən bir sıra xəstəlik mövcuddur. Onlara Hepatit B, vərəm, difteriya, göyöskürək, tetanus, poliomielit, B tipli hemofil infeksiya, parotit, məxmərək aiddir. Bunların hamısına qarşı ölkəmizdə peyvəndlənmə aparılır.
Səhiyyə Nazirliyinin milli peyvənd təqviminə əsasən, uşaqlara peyvəndlər 0-6 yaşına qədər müəyyən edilmiş vaxtlarda vurulur. Dövlət tibb müəssisələrində peyvəndlər pulsuz, özəl müəssisələrdə isə ödəniş əsasında həyata keçirilir.
Lakin bəzi valideynlər peyvəndlərin ziyanlı olduğuna dair əsası olmayan məlumatlara istinad edərək peyvənddən imtina edirlər. Elə qızılcaya yoluxaraq vəfat edən uşaqlarla bağlı məlumatlarda çoxunun qızılcaya qarşı peyvənd olunmadığı məlum olub. Yəni peyvənddən imtina həmin xəstəliyin hansısa zamanda yenidən alovlanması və ciddi fəsadlar törətməsi deməkdir.
Belə xəstəliklərə göyöskürək, difteriya və yuxarıda adı çəkilən digər xəstəliklər aiddir. Bu aylarda göyöskürəyə yoluxanların sayında az da olsa, artım olması haqqında məlumat yayılıb.
Bu xəstəliyin fəsadları və çıxış yolu nədir? Hansı yaşlarda insanlar buna qarşı peyvənd olunmalıdırlar?
KONKRET.az xəbər verir ki, mövzu barədə Bizim.media-ya danışan pediatr Vaqif Qarayevin sözlərinə görə, peyvəndsiz olduğumuz müddətdə peyvənd altına düşən xəstəliklərin alovlanma ehtimalı kifayət qədərdir:
"Ötən il qızılca yayıldı, ağır fəsadları oldu, bir neçə uşaq öldü, bundan qorxan valideynlər peyvənd etdirdilər və epidemiya söndü. Peyvənd əleyhinə ən radikal mövqedə olan valideynlər ya gəlir, ya da zəng vurub peyvənd haqqında soruşur və övladlarını peyvənd etdirirdilər. Amma gərək kimsə ölsün ki, biz ondan sonra öz uşağımızı qoruyaq?! Bu, düzgün yanaşma deyil. Hər birimizin əsas vəzifəsi maarifləndirmədir. Mən peyvənd haqqında çox yazıram və hər dəfə də təhqir olunuram.
Əvvəllər qızılcanı Allahın göndərdiyi bəla hesab edirdilər. Təhsil, təbabət, həkim yox idi, otaqları qırmızı pərdələrlə bəzəyərdilər, xəstələrə qırmızı şal bağlayardılar, qoç alardılar, qoçun buynuzuna qırmızı bağlayardılar. Bunlar Kefli İskəndərin vaxtından qalan düşüncədir. Bakıya baxan buranı Avropanın ən gözəl şəhər olduğunu düşünər. Amma düşüncəmiz harada qalıb?!"
Həkim göyöskürəyin ağırlaşma hallarından danışıb:
"Göyöskürək bir neçə ay bundan qabaq həddən artıq çox idi. Amma rəsmilər daha az olduğu barədə məlumat verirdilər. Onları ona görə qınamıram ki, göyöskürəyin diaqnozu gərək müayinənin nəticəsinə görə təsdiq olunsun. Ya da poliklinika bununla bağlı müraciət etsin ki, onlar da məlumatlı olsunlar. GDT vaksini göyöskürək, difteriya və tetanusa qarşı vurulan peyvənddir. Bunlar çox təhlükəli, yoluxdurucu, həm də ölümlə nəticələnən xəstəlikdir.
Göyöskürək öskürək tutmaları olan və aylarla davam edən xəstəlikdir. Fəsadları, pnevmoniyası, qıcolmaları var, bəzən öskürək tutmasının pikində uşağın nəfəsi kəsilir və ölür. İnsanları həyəcanlandırmaq istəmirəm, amma qızılcaya qarşı peyvənd olundu və bitdi. O demək deyil ki, digər xəstəliklər heç vaxt olmayacaq. GDT uşaq anadan olandan başlayaraq bir yaşına qədər üç dəfə olunur. İki il sonra, altı yaşında artıq beşinci dəfə olunur. Yəni yaş qruplarına görə davamlı immunitet almaq üçün tez-tez vurulur".
O, valideynləri uşaqlarına yaxşılıq eləməyə, onları peyvəndləşmə prosesinə qoşulmağa çağırıb:
"Mənə də guya peyvəndlərin ziyanları ilə bağlı müxtəlif informasiyalar göndərirlər. İndi mən də feyk paylaşım etsəm ki, uşaqları peyvənd etdirməyin, peyvənd uşaqları öldürür, bütün ölkə mediasının manşetinə çıxacaq. Yazıb məşhur ola bilərəm, amma ayıbdır axı.
Hökumət indi poliklinikalara Avropa vaksinləri gətirib, özü də pulsuzdur. Özəllərdə kifayət qədər bahadır. Özəldəki peyvəndlə dövlət xəstəxanasında vurulan peyvəndin heç bir fərqi yoxdur. Sadəcə, istehsalçının adı fərqlidir. Vaksini ən çox istehsal edən ölkələr Rusiya, Hindistan, Almaniya, ABŞ, Fransa bunu sınaqdan keçirəndən sonra kütləvi istehsala icazə verilib. Biz elmə inanmayıb nəyə inanaq?!"

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…