Portağal tək C vitamini deyil... - Bilmədiyiniz faydaları
Bir çoxların fikrinə görə, portağalın əsas faydası tərkibində çoxlu miqdarda C vitamini ilə bağlıdır.
Portağal həqiqətən bu vitaminlə olduqca zəngindir. Yalnız 1 meyvənin tərkibində 1 günlük C vitamininin dozası var.
Lakin portağal digər faydalı maddələrlə də zəngindir.
Belə ki, onun tərkibində A, B1, B2, B9, PP, E vitaminləri, dəmir, marqans, yod, kobalt, mis, ftor, sink, kalium, kalsium, maqnezium, fosfor, flavonoidlər, orqanik turşular, qidalı liflər və s. faydalı maddələr var. Məhz bu səbəbdən portağal orqanizmin bir çox orqan və sistemləri üçün çox xeyirlidir.
1. Milli.Az saglamolun.az-a istinadən bildirir ki, portağal orqanizmə xərçəng əleyhinə təsir edir. Onun tərkibində D-limonen maddəsi var. Bu maddə dəri, süd vəzi, ağciyər, ağız və yoğun bağırsaq xəsrənginin profilaktkasında böyük rol oynayır.
2. Dediyimiz kimi, portağal C vitamini ilə çox zəngindir. C vitamini soyuqdəymə və qripp xəstəlikləri zamanı daha tez sağalmağa kömək edir. Həmçinin C vitamini damarların sağlamlığı üçün çox vacibdir, damarların sərtləşməsinin qarşısını alır.
3. Portağal arterial təzyiqi aşağı salır, ürəyə düşən gərginliyi və ürək xəstəliklərinin riskini azaldır, damarlarda trombların əmələ gəlməsi riskini azaldır.
4. Portağal böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır.
5. Liflərlə zəngin olan portağal (xüsusilə onun ağ qabığı) qanda xolesterinin səviyyəsini aşağı salır, bağırsaqları təmizləyir.
6. Portağal pektinlərlə zəngindir. Bu maddələr orqanizmi şlak və toksinlərdən təmizləyir.
7. Portağal insanın əhvalını yaxşılaşdırır, stressi azaldır, orqanizmin tonusunu artırır, yorğunluğu azaldır.
8. Portağalın tərkibində olan antioksidantlar, C vitamini və fol turşusu spermanın keyfiyyətini yaxşılaşdırır.
9. Portağal orqanizmdə iltihabları azaldır.
10. Mis, dəmir və fol turşusunun sayəsində portağal qanın tərkibini yaxşılaşdırır.
Milli.Az /news.milli.az

İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib
Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo
Pensiya artımları ilə bağlı - AÇIQLAMA
Azərbaycanda ən yüksək maaşı kimlər alır?
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
"Real Madrid"in ulduzu bu komandaya gedir
"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
Qarabağdan Qars müqaviləsinə qədər – Türkiyə ilə danışıqlar Ermənistanda qalmaqal yaratdı
Dollar bu gün neçəyə satılır?
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Qaradağda məktəb direktorunun maşını yandırıldı
Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib
İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi