Prezident alkoqollu içkilərə minimum qiymət qoyulması haqqında qanunu təsdiqlədi
Prezident İlham Əliyev "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə 16 dekabr 2024-cü il tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
Yenilənmiş qanuna əsasən, bundan sonra Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək.
Alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.
Bununla bağlı müvafiq İcra Hakimiyyəti orqanları dedikdə Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
Nazirlər Kabineti "Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası"nı iki ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiyməti lazımi normativ hüquqi akt təsdiq edildikdən sonra üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməlidir. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi