Prezident nümayəndə heyətini COP29-dan geri çağırdı - İndi də Sazişdən çıxır
Argentina Paris Sazişindən çıxmaq barədə düşünür.
KONKRET.az "The New York Times"a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bildirib.
Nazir Gerardo Vertheinin sözlərinə görə, ölkə hələ ki, razılaşmalardan çıxıb-çıxmayacağına dair yekun qərar qəbul etməyib.
"Biz iqlim dəyişikliyi ilə bağlı bütün məsələlər üzrə strategiyamızı yenidən qiymətləndiririk", – deyə XİN rəhbəri qeyd edib.
Xatırladaq ki, bu gün Argentina Prezidenti Xavyer Miley ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüşüb.
Məlumat üçün vurğulayaq ki, ABŞ lideri sözügedən Sazişə qarşıdır. Xarici media Argentinanın bu addımını Trampın xoşuna gəlmək cəhdləri kimi qiymətləndirir.
Bundan başqa, Xavyer Miley Trampa görüşməzdən bir gün əvvəl COP29-da iştirak etmək üçün Azərbaycana gələn nümayəndə heyətini geri çağırmışdı.
Məlik,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi