Prezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLAR

Prezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLARAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.
azxeber.com xəbər verir ki, dövlət başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli "BYD" markalı avtobus və "TX5" markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Zığ Elektrik Avtobus Parkının ümumi ərazisi 5,4 hektardır. Tutumu 210 elektrik avtobusu olan parkın ərazisində 60 şarj stansiyası mövcuddur.
Hazırda avtobus parkı Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli "BYD" markalı 160 avtobusdan ibarətdir.
Dövlət başçısına avtobusların texniki göstəriciləri barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, 2024-cü il istehsalı olan avtobusların istismar müddəti 15 il, sərnişin tutumu 83 nəfərdir. Nəqliyyat vasitəsinin uzunluğu 12 metrdən bir qədər çox, eni 2 metr yarım, hündürlüyü isə 3 metrdən artıqdır.
Avtobusların fəaliyyətini təmin edəcək 100 şarj cihazı "Luobinsen" şirkətinin istehsalıdır. Cihazların yükləyici gücü 320kW təşkil edir. Şarj cihazları həddindən artıq gərginlik, cərəyan, faza itkisi və digər çoxsaylı mühafizə funksiyalarına malikdir. Cihazlar şəhərin müxtəlif istiqamətlərində yerləşdiriləcək.
Eyni zamanda diqqətə çatdırılıb ki, elektrik mühərrikli "LEVC TX5" markalı plug-in hibrid taksilər İngiltərə növü olub Çin istehsalıdır. "Avro-6" standartlarına uyğun həmin avtomobillərin enerji doldurma müddəti 30 dəqiqədir. Yalnız elektrik mühərriki ilə 130 kilometr, qoşulmuş benzin generator ilə isə 600 kilometr məsafə qət etmək imkanına malikdir. Avtomobil həmçinin təcili əyləc, təkərlərin təziqinə nəzarət təchizatı, yol nişanlarını tanıma kimi müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub.
Avtobus parkında həmçinin təmir mərkəzi, inzibati bina, transformator məntəqəsi, xidmət və texniki sahələr fəaliyyət göstərəcək. Marşrutların Monitorinq Mərkəzi isə avtobusların hərəkət marşrutlarını, qrafiklərini və sərnişin təhlükəsizliyini səmərəli şəkildə izləmək və idarə etmək üçündür. Burada gün ərzində 3 növbədə 24 saat xidmətin təşkil edilməsi və 83 nəfərin işlə təmin olunması nəzərdə tutulur.
Qeyd edək ki, hazırda karbon emissiyasının azaldılması qlobal hədəfə çevrilib. Azərbaycan da bu hədəfə çatmaq üçün prioritetlər müəyyənləşdirib. Yaşıl texnologiyalardan istifadə bu istiqamətdə atılan addımlardandır. "Eko bus" layihəsi isə yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi məqsədi daşıyır.
10.13
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.
azxeber.com xəbər verir ki, dövlət başçısına burada Çin istehsalı olan elektrik mühərrikli "BYD" markalı avtobus və "TX5" markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.
Prezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLARPrezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLARPrezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLARPrezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLARPrezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLARPrezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLARPrezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLARPrezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLARPrezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLARPrezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLARPrezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLARPrezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLARPrezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLARPrezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLARPrezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub - FOTOLAR

Sosial       Tarix: 31 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Bank kartlarına məhdudiyyətlə bağlı rəsmi açıqlama

Azərbaycan Banklar Assosiasiyası (ABA) son günlər ödəniş kartlarının və elektron pula bağlı ödəniş hesablarının sayına tətbiq edilən riskəsaslı yanaşma ilə bağlı açıqlama yayıb. ABA-ya istinadla xəbər verir ki, mövcud yanaşmay

Bakının bu ərazisində 52 qəzalı bina söküləcək

Sabunçu rayonunda qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının mərhələli şəkildə sökülməsi və sakinlərin köçürülməsi prosesi davam etdirilir. xəbər verir ki, bunu -ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətini

Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?

Dünya bazarında buğdanın qiyməti kəskin bahalaşıb. Buna səbəb iyul ayından etibarən gəmilərə və liman infrastrukturuna hücumlar nəticəsində Qara dəniz regionundan yük daşımalarının demək olar ki, dayanmasıdır. İqtisadçı Emi

Formula-1'lə bağlı mühüm dəyişikliklər

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" reqlamentində 2027-ci il mövsümündən etibarən tətbiqi planlaşdırılan bir sıra dəyişiklikləri razılaşdırıb. bu barədə FIA-nın rəsmi saytına istinadən xəbər verir

Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı

Bağça müəllimlərinin sertifikasiyası bu il noyabrda olacaq. . xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin "Pressinq" verilişində jurnalistlərin sualların

Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq

Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışı

Bu günün valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, sentyabrın 18-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat təşkil edib. Türkiyə lirəsi 0,0348 manatadək, Rusiyanın 100 rublu 2,013

Deputat tıxaca görə iclasa gecikdi - "Üzr istəməlidirlər

"İclasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir". "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqlar

Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı

Abşeron rayonunun Xırdalan şəhərində dostunu bıçaqlayan şəxs həbs edilib. "Teleqraf"a istinadən xəbər verir ki, Nurlan (ad-soyad şərti verilib - red.) kafedə spirtli içki qəbul etdikdən sonra əvvəllər tanıdığı Hikmətl


azerbaycan xeberleri yeni xeberler son xeberler hava durumu qarabag butun xeberler bu gunun xeberleri haqqinda melumat