Prezidentin bəyanatları dünya mediasının diqqət mərkəzindədir

Prezidentin bəyanatları dünya mediasının diqqət mərkəzindədirAparıcı xarici KİV-lər Azərbaycan Prezidenti İlham Əliyevin "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyadakı çıxışını geniş işıqlandırıb.
KONKRET.azxəbər verir ki, "Reuters" beynəlxalq informasiya agentliyinin "Azərbaycan prezidenti Ukrayna ilə qaz marşrutu üzrə danışıqlara arxayındır" adlı məqaləsində dövlət başçısının Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya tranziti məsələsində Bakının vasitəçiliyi ilə bağlı bəyanatlarından bəhs olunur.
"Bloomberg"in "Azərbaycan daha üç Avropa ölkəsinə qaz təchizatı ilə bağlı danışıqlar aparır" adlı məqaləsində qeyd olunur ki, Azərbaycan artıq səkkiz Avropa ölkəsini qazla təmin edir və Avropa İttifaqı ilə 2027-ci ilə qədər ixracı iki dəfə artırmaq barədə razılaşmaya malikdir.
"İlham Əliyev təsdiqlədi ki, Moskva və Kiyev ona dekabrda əsas razılaşmanın müddətinin başa çatmasından sonra Ukrayna ərazisindən Avropaya qaz tranzitinin asanlaşdırılması xahişi ilə müraciət edib. Çıxış yollarından biri Rusiya təchizatını başqa ölkədən, məsələn, Azərbaycandan və ya Türkiyədən qaz alışı ilə əvəz etmək ola bilər. Bu, Ukraynaya tranzit haqqı almağa, Avropaya isə qaz almağa davam etməyə imkan verərdi", – məqalədə deyilir.
Azərbaycan liderinin Avropanın enerji təhlükəsizliyi və Rusiya qazının tranziti ilə bağlı bəyanatları həmçinin "Financial Post", "The Straits Times", "U.S. News", "World Energy News" agentliklərində geniş işıqlandırılıb.
"Moskovskiy komsomolets" qəzeti isə öz növbəsində Prezident İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi və Bakının Rusiyaya qarşı sanksiyalarla bağlı mövqeyi ilə əlaqədar səsləndirdiyi bəyanatlara məqalə həsr edib.
"Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Amma Azərbaycan anti-Rusiya sanksiyaları kampaniyasının bir hissəsi olmayıb və olmayacaq da", – nəşr Prezident İlham Əliyevdən sitat gətirib.
Rusiyanın TASS informasiya agentliyi "Əliyev Bakının Moskva ilə Kiyev arasında nizamlanmada iştirak etməyə hazır olduğunu bildirib" məqaləsində qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəsinin Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirakının mümkünlüyünü istisna etməyib.
Azərbaycan Prezidentinin Rusiya və Ukrayna ilə bağlı bəyanatları həmçinin Rusiyanın "Komsomolskaya pravda", "İnterfaks", "Vedomosti", "İzvestiya" və s. media orqanlarında da geniş işıqlandırılıb.

Siyasi       Tarix: 07 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo

30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?

30 il. Bir insan ömrünün böyük hissəsidir. Azərbaycanın isə son 30 ildən artıq tarixi asan keçməyib. Azərbaycan üçün bu illər yalnız bir müharibənin deyil, həm də ədalətin bərpası uğrunda aparılan uzun və çətin mübarizəni

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Tramp: "ABŞ husilərlə daimi əlaqə saxlayır"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Yəmənin üsyançı "Ənsar Allah" husi hərəkatı ilə daimi əlaqə saxladığını bildirib. "Fox News" telekanalına istinadən xəbər verir ki, bu barədə telekanalın efirind

Politoloq: "Azərbaycan TDT-ni strateji əməkdaşlıq mexanizmi kimi nəzərdən keçirir

Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib. Görüş zamanı TDT-nin beynəlxalq nüfuzunun artırılması, enerji və nəqliyyat layihələrini

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

Qarabağ əməliyyatından Vaşinqton razılaşmasına gedən yol: Nələr dəyişdi? 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı ölkənin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Əməliyyat nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyini

Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 son.xeberler oxu.az xeberler sonxeberler