"Prezidentin rəsmi səfərindən sonra İtaliya Azərbaycan sahibkarları üçün Avropada əsas bazarlardan biri ola bilər" - Vüqar Bayramov

"Prezidentin rəsmi səfərindən sonra İtaliya Azərbaycan sahibkarları üçün Avropada əsas bazarlardan biri ola bilər" - Vüqar Bayramovİtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Belə ki, rəsmi statistikaya görə, İtaliya-Azərbaycan arasında ticarət dövriyyəsi 6 mlrd dollardan çoxdur və bu, ölkəmizin ümumi ticarət dövriyyəsinin beşdən birini təşkil edir. Eyni zamanda əvvəlki dövrlərə diqqət yetirsək görərik ki, son illər İtaliya Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artım var. Əsasən son üç ildə bu rəqəm 4,7 mlrd dollardan 6,2 mlrd dollara qədər dəyişib ki, bu da ticarət dövriyyəsinin həcminin artmasından xəbər verir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya fevralın 19-da baş tutan səfərini şərh edərkən deyib.
Ekspert vurğulayıb ki, Azərbaycan-İtaliya arasında ticarət dövriyyəsi daha çox enerji əməkdaşlığı üzərində formalaşıb: "İtaliya Azərbaycandan neft məsullarını alan əsas Avropa ölkəsidir. Bununla yanaşı təbii ki, Azərbaycan növbəti mərhələdə Cənub Qaz dəhlizi vasitəsilə İtaliya bazarına mavi qaz nəql edəcək. Həmçinin TAP kəməri vasitəsilə Avropa bazarına birinci mərhələdə ildə 10 mlrd kub metr, ikinci mərhələdə ildə 20 mlrd kub metr mavi qazın nəql edilməsi nəzərdə tutulub".
Vüqar Bayramovun sözlərinə əsasən, Azərbaycan - İtaliya arasındakı əməkdaşlığın ölkə Prezidentinin son səfərindən sonra məhz daha çox qeyri-neft sektoru istiqamətində inkişaf edəcəyi gözlənilir: "Təbii ki, ölkə Prezidentinin iştirakı ilə bu gün İtaliya-Azərbaycan biznes forumunun keçirilməsi də birbaşa qeyri-neft sektorunda, enerjidən kənar sahələrdə iki ölkə arasındakı strateji əməkdaşlığı gücləndirməkdən ibarətdir.
Qeyd edək ki, Avropa 500 mln istehlakçısı olan alıcılıq qabiliyyətinə görə dünyanın ən böyük bazarıdır. İtaliya isə Azərbaycan sahibkarları üçün qeyri-neft məhsullarını ixrac etmək baxımından Avropada əsas bazarlardan biri ola bilər.
Eyni zamanda İtaliyadan xarici investisiyanın cəlb edilməsi, birgə yeni layihələrin və proqramların reallaşdırılması bu gün müzakirə edilən məsələlərdən biridir.
Bu baxımdan Azərbaycan Prezidentinin İtaliyaya səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirməklə yanaşı, həm də İtaliya-Azərbaycan əməkdaşlığının qeyri-neft sektoru üzrə inkişaf etməsinə, ölkələrin enerjidən kənar sektorlar üzrə əməkdaşlığının genişlənməsinə imkan verəcək. Bu, təbii ki, həm də qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi baxımından vacib hesab olunur. Eyni zamanda bu, İtaliyanın Azərbaycan sahibkarları üçün yeni bazarlardan biri kimi çıxış edə biləcəyi anlamına gəlir".
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gedib.
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra Azərbaycan-İtaliya sənədlərinin mübadiləsi mərasimi oldu.
Azərbaycanın dövlət başçısının səfəri çərçivəsində fevralın 21-də İtaliya-Azərbaycan Biznes Forumu da baş tutacaq. Bu tədbirin iqtisadi tərəfdaşlığa ciddi impuls verəcəyi qeyd olunur.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 21 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

AZAL Naxçıvan istiqamətində 47 mindən çox sərnişinin daşınmasını təmin edib

Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin 1–16 iyun tarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə ümumilikdə 224 reys yerinə yetirib və 47 mindən çox sərnişinin təhlükəsiz daşınmasını təmin edib. Bu dövrdə sözügedən marşru

Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI

Bu ilin may ayında Azərbaycanda ən çox meyvə bahalaşıb, tərəvəzlər isə ucuzlaşıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ay meyvələrin qiyməti əvvəlki ayla müqayisədə 1% artıb. Bununla yanaşı, minera

Pensiyasını dəyişmək istəyənlərə VACİB XƏBƏR

Pensiyanın hər üç növü - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalar üzrə sığorta göstəricilərinə əsaslanan ayrıca hesablanma qaydaları mövcuddur. Eyni zamanda, vətəndaşın bu pensiya növlərindən bi

TuranBank ICD ilə 15 milyon dollarlıq əməkdaşlıq sənədi imzaladı

Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ASC və İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Azərbaycanda özəl sekto

Bakcell "AI Strategy Summit | Baku 2026" tədbirinin əsas tərəfdaşı oldu - FOTOLAR

Bakcell süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət 13 iyun tarixində Avropa Azərbaycan Məktəbində (EAS) keçirilən "AI Strategy Summit | Baku 2026" tədbirini

Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı

Yelo Bank biznes sahibləri və şirkət rəhbərləriüçün işprosesləriniasanlaşdıran, əməkdaşların məmnuniyyətiniartıranəməkhaqqıkartlarıxidmətini təqdim edir.Bankın təklifetdiyi funksional həllər sayəsində əməkhaqqıkartlarını

Regionlarda biznes qurmaq daha asan olacaq: dövlət kredit faizinin yarısını ödəyəcək

İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyind

Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib

Yelo Bank-ın dəstəyi ilə gənc xanımların inkişafını və karyera imkanlarını genişləndirən "Violette Mentorship" proqramının növbəti məzun günü keçirilib. xəbər verir ki, bankın ev sahibliyi etdiyi builki məzuniyyə

Nərimanovda premium təmirli mənzillər: "City Garden Narimanov" mənzil fürsətləri təqdim edir

Mənzilseçərkən alıcıların diqqət yetirdiyi əsas məqamlardan biri tikinti və təmirkeyfiyyətidir. Çünki ev yalnız yaşayış məkanı deyil, həm də uzun illər üçünkomfort və təhlükəsizlik təmin edən bir investisiyadır. Məhz bu yanaşman


yeni xeberler azerbaycan xeberleri son xeberler enson xeberler xeberler az cəbhədən xəbər en son xeber