"Putin fərz edir ki, nə vaxtsa gücümüz tükənəcək, amma..." - Almaniya XİN rəhbəri
Almaniyanın xarici işlər naziri Annalena Berbok qəfildən Ukraynaya planlaşdırılmamış səfər edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, səfər zamanı Almaniyanın xarici siyasət idarəsinin başçısı Ukraynada yaranmış ağır vəziyyətdən danışıb və ölkəsinin Ukrayna ilə həmrəy olduğuna əmin edib.
"Rusiyanın mülki infrastruktura kütləvi aviazərbələri və Xarkov vilayətinə amansız hücumundan sonra Ukraynada vəziyyət kəskin şəkildə pisləşib", – deyə nazir qeyd edib.
Almaniyalı nazir həmçinin Ukrayna hava məkanının qorunması naminə daha çox dəstəyin göstərilməsinə çağırıb: "Ukrayna təcili olaraq özünü Rusiya raket və pilotsuz təyyarələrindən qorumaq üçün hava hücumundan müdafiə sistemini gücləndirməlidir".
O, Avropanın Ukrayna ilə həmrəyliyini də xatırladıb: "Putin imperiya dəliliyi ilə Ukraynanı ələ keçirmək istəyirdi, amma əvəzində onu Avropa ilə möhkəm bağladı. Ukraynanın Avropa İttifaqına daxil olması Rusiyanın beynəlxalq hüququ pozan işğalçılıq müharibəsinin zəruri geosiyasi nəticəsi idi".
İyun ayında Ukraynanın bərpa olunması ilə bağlı Berlində keçiriləcək konfransı xatırladan nazir deyib: "Bizim dəstəyimiz Ukraynanın bu müharibədə qalib gələcəyinə dair dərin inamımıza əsaslanır. Putin fərz edir ki, nə vaxtsa gücümüz tükənəcək, amma biz təslim olmayacağıq. Dünyanın hər yerindən bir çox başqa ölkələrlə birlikdə Almaniya qətiyyətlə Ukraynanın tərəfində dayanıb".
"Şpigel" nəşri xəbər verib ki, Berbok Ukraynaya səfəri zamanı Xarkova getməyi planlaşdırsa da, Rusiyanın bu şəhəri davamlı atəşə tutması səbəbindən ziyarət ləğv edilib.
Xatirə SADİQ,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev