Putin ilə Paşinyan arasında görüş "çox şeyi aydınlaşdıracaq" - Kreml

Putin ilə Paşinyan arasında görüş "Rusiya prezidenti Vladimir Putin inauqurasiya mərasimindən bir gün sonra, mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşəcək".
KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
O deyib ki, son vaxtlar Rusiya ilə Ermənistan arasında müxtəlif səviyyələrdə təmaslar nəzərəçarpacaq dərəcədə azalıb və "problemli məsələlər yığılıb". Uşakovun sözlərinə görə, danışıqlar zamanı liderlərin bu məsələləri açıq şəkildə müzakirə edəcəyi gözlənilir.
Prezidentin köməkçisi əlavə edib ki, 2023-cü ilin dekabrında sonuncu görüşdən bəri onlar praktiki olaraq danışmayıblar: "Ona görə də mən bir daha vurğulamaq istərdim ki, biz məhz bu ikitərəfli görüşə çox böyük əhəmiyyət veririk. Bu, mənə elə gəlir ki, bir çox məsələləri aydınlaşdırmağa kömək edəcək".
Rusiya ilə Ermənistan arasındakı münasibətlərdəki problemlərdən danışan Uşakov qeyd edib ki, İrəvan Qərb ölkələri ilə münasibətləri "nümayişkar şəkildə" inkişaf etdirir, "Avropa İttifaqına daxil olmaq üçün müxtəlif variantları nəzərdən keçirir, NATO xətti ilə əlaqələr intensivləşir".
Fevralda Ermənistanın baş naziri ölkəsinin Rusiyanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının de-fakto dondurulduğunu bəyan edib. Onun fikrincə, KTMT Bakı ilə münaqişədə İrəvanla bağlı öz funksiyalarını yerinə yetirməyib. Daha sonra Paşinyan Ermənistanın təşkilatdan çıxa biləcəyini istisna etmədiyini deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kreml KTMT məsələsində İrəvanla dialoqa hazırdır və Putin ilə Paşinyan arasında şəxsi görüş zamanı ölkələr arasında fikir ayrılıqlarının aradan qaldırılacağına ümid edir. Musavat.com

Siyasi       Tarix: 08 may 2024
f Paylaş

Oxşar xəbərlər

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda cəbhədən son xəbərlər qurban bayrami 2026 son xəbərlər bugün 2026