Putin Polşaya bu səbəbə görə hücum etdi

Putin Polşaya bu səbəbə görə hücum etdiRusiyanın Polşaya hücumunun iki məqsədi görünür: Birincisi, bunu "yoxlama atışı" kimi qiymətləndirmək olar. Ukrayna ətrafında "müharibə və müzakirə" mərhələsinin getdiyi vaxt Moskva Qərbin nəbzini yoxlamağa çalışır. İkincisi, bu, Ukraynanı dəstəkləyən Avropaya "müharibə arealının genişləndirilməsi" təhdididir.
KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Rusiyanın bu gün səhər saatlarında 10-dan çox PUA ilə Polşaya hücumu haqda qeyd edib.
"Alyaska görüşündən sonra Ukraynada sülhün əldə edilməsi ətrafında müzakirələr intensivləşsə də, əsas ziddiyyət iki tələb üzərində fokuslanıb: Moskva işğal etdiyi ərazilərlə yanaşı, digər ərazilərin də ona verilməsini istəyir, Ukraynanın təhlükəsizliyində Qərbin maksimal iştirakına qarşı çıxır; Kiyev ərazi istəklərini qəbul etmir (münaqişənin dondurulması ilə işğal olunmuş ərazilərin ruslarda müvəqqəti qalmasını qəbul edə bilər), Avropanın iştirak edəcəyi güclü təhlükəsizlik zəmanətləri istəyir; ABŞ-ın vitse-prezidenti Ceyms Vens də "problemləri iki əsas məsələyə qədər azaltdıqlarını" deyir.
Tərəflərdən heç birinin geri çəkilmədiyi bu situasiyada Rusiyanın Polşaya hücumu Avropanın Ukraynaya dəstəyini zəiflətmək və Kiyevin müqavimətini qırmağa hesablanıb. Daha öncə Ukrayna Nazirlər Kabinetinə hücum edən Moskva bununla Zelenski hakimiyyətinin fiziki məhvini həyata keçirə biləcəyi nümayiş etdirdi, ardınca Polşaya hücumla Kiyevin müttəfiqlərini təhdid edir.
Bu hücumu həm də NATO baş katibinə cavab kimi də qiymətləndirmək olar. Alyansın baş katibi "Putinin gücünü çox ciddiyə almamağı" tövsiyə etmişdi. Görünür, Putin Polşaya – NATO bölgəsinə hücumla gücünü nümayiş etdirir.
NATO-nun "Polşanın hava məkanının Rusiya tərəfindən pozulmasını hücum kimi qiymətləndirməməsi" Moskvaya Qərbin reaksiyasını yoxlamaq üçün yetərli hesab oluna bilər. Və bu mövqe Rusiyanın Ukraynada yeni hücumlarının, eləcə də Avropaya təhdidlərinin önünü aça bilər", – o bildirib.

Siyasi       Tarix: 11 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur


yeni xeberler son xeberler azerbaycan xeberleri krminal bu gun hava durumu ən son xeberler valyuta mezenesi