"Putin Portuqaliyadan Vladivostoka qədər Avrasiya qurmaq istəyir" - Medvedevdən SENSASİON AÇIQLAMA
"Ukrayna müharibəsini başlatmaqda Putinin əsas məqsədi Lissabondan (Portuqaliya) Vladivostoka qədər açıq Avrasiya qurmaqdır".
KONKRET.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Rusiya rəsmisi bildirib ki,Vladimir Putin tərəfindən qoyulmuş Ukraynanın demilitarizasiyası və "denazifikasiyası" məqsədləri bir anda yerinə yetirilmir və "yalnız döyüş meydanlarında" həll edilməyəcək:
"Hal-hazırda əsas məqsəd ukraynalıların bir hissəsinin qanlı və yalan miflərlə dolu şüurunu dəyişmək və nəhayət Lissabondan Vladivostoka qədər açıq Avrasiya qurmaqdır".
Bu açıqlama Putinin Portuqaliyadan Vladivostoka qədər Rusiya imperiyası qurmaq istəməsi kimi anlaşılıb və ciddi müzakirələrə səbəb olub.
Qeyd edək ki, qərbli mütəxəssislər Putinin Ukraynada müharibəyə başlamasının əsas məqsədinin Avropa xəritəsini yenidən formalaşdırmaq olduğunu bildirmişdilər. Putin isə müharibəyə başlamasında əsas məqsədin Donbasdakı rus xalqını Ukraynanın soyqırımından xilas etmək və Ukraynanı nasistlərdən təmizləmək olduğunu qeyd etmişdi.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya müharibə elan edib. Ukraynanın böyük şəhərləri rus qoşunları tərəfindən mühasirəyə alınıb. Bu gün müharibənin 42-ci günü olmasına baxmayaraq, Rusiya heç bir ciddi uğur əldə edə bilməyib. Ukrayna bütün cəbhələrdə Rusiyaya qarşı mübarizə aparır. Avropa ölkələri və ABŞ Ukraynaya dəstəyi davam etdirir.
Vəsilə İbrahim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq