Qala Sığorta' yenə də ön sıradadır

Qala Sığorta' yenə də ön sıradadırSon illər sığorta bazarında sürətlə məşhurlaşan Qala Sığorta Şirkəti cari ili uğurla başa vuraraq ötən illərdə olduğu kimi, bu il də bazarın ən dinamik inkişaf edən sığorta təşkilatı kimi yadda qalıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə Qala Sığorta Şirkətinin sığorta ödənişləri 2020-ci il ilə müqayisədə 2 109 446 manat artıb. Bunun səbəbi təbii ki, 2021-ci ildə daha çox müştərinin cəlb olunaraq sığorta haqlarının əhəmiyyətli dərəcədə artmasıdır. Belə ki, cəmiyyət 2021-ci il ərzində 43 911 202 manat sığorta tədiyyəsi toplayıb ki, bu da şirkətin, sığorta bazarının aparıcı sığorta şirkətləri arasında əhəmiyyətli yer tutmasına səbəb olub. Qeyd etmək lazımdır ki, cəmiyyət ötən ilin müvafiq dövründə 33 002 592 manat sığorta haqqı toplamışdır. Başqa sözlə, şirkətin satış həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 908 610 manat artmışdır.
Bununla cəmiyyət cari il üçün qarşısına qoyduğu hədəflərə çatmaqla yanaşı, eyni zamanda sığorta bazarının inkişafına öz töhfəsini vermiş olur.Belə uğurlu nəticələr, pandemiya dövründəki məhdud bazar imkanları şəraitində Qala Sığortanın düzgün satış strategiyasına malik olmasndan xəbər verir.
Şirkətdən verilən açıqlamaya görə, 2021-ci ilin satış hədəflərində də Qala Sığorta Şirkəti ənənəvi sığorta məhsulları ilə yanaşı qeyri-ənənəvi sığorta məhsullarının inkişafını da unutmayaraq bazarın bütün seqmentləri üçün keyfiyyətli xidmət göstərməkdə davam edir.
Xatırladaq ki, cəmiyyət 2015-ci ildə yenidən təşkil olunaraq "Qala" brendi altında yeni satış strategiyası ilə müasir sığorta bazarının tələblərinə uğurla inteqrasiya edir və hal-hazırda, müştərilərinə 1 filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 26 növü, o cümlədən 22 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.

İqtisadiyyat       Tarix: 03 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler 2026 xeberler bu qun cəbhədən son vəziyyət azerbaycan son xeber bugun