Qarşılıqsız sevən 22 yaşlı aşiq bıçağa əl atdı: Ölən və yaralananlar var - VİDEO

Qarşılıqsız sevən 22 yaşlı aşiq bıçağa əl atdı: Ölən və yaralananlar var - VİDEOQarşılıqsız sevən 22 yaşlı aşiq bıçağa əl atdı: Ölən və yaralananlar var - VİDEO
22 yaşlı aşiq sevgisinə qarşılıq görmədiyi qadını bıçaqlayaraq öldürüb.
"Hürriyət"in məlumatına görə, dəhşətli hadisə Türkiyənin İstanbul şəhərində yaşanıb.
İddiaya görə Muhərrəm E. dövlət xəstəxanasında tibb bacısı kimi fəaliyyət göstərən qonşusu Ayşəgül Aktürkü sevib. Ancaq ərindən ayrılan və iki uşaq anası olan qadın ona qarşılıq verməyib.
Hadisə günü qadın işə getmək üçün evindən çıxıb. Muharrem E. onun qarşısını kəsib. Onlar dalaşıblar. Münaqişə zamanı gənc cibindən bıçaq çıxararaq qadına vurub. A.Aktürk qan içində yerə yıxılıb. Səs-küyə çölə çıxan oğlanın bacısı Məryəm və qardaşı Murad hadisəyə müdaxilə etmək istəyərkən əllərindən yaralanıblar.
Muhərrəm E. daha sonra həmin bıçaqla özünü öldürməyə cəhd göstərib.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım işçiləri gəlib.
Həkimlərin səyinə baxmayaraq, çoxlu qan itirən və ağır yaralan A.Aktürkün həyatını xilas etmək mümkün olmayıb.
Özünü yaralayan Muhərrəm E. təcili əməliyyat edilib. Bacı və qardaşının yaraları isə ağır hesab olunmayıb. 
Qonşularının sözlərinə görə, A.Aktürk iş yoldaşlarına qonşusu Muharrem E.-dən şikayət edərək, ondan xilas ola bilmədiyini, belə getsə, evindən köçəcəyini deyibmiş.
Hadisə ilə əlaqədar cinayət işi açılıb, araşdırmalara başlanılıb. /oxu.az

Maraqlı       Tarix: 06 iyun 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo


son xeberler yeni xeberler azerbaycan xeberleri bugünki xəbərlər axsam az xeberler xeberler az xeberler azerbaycan