Qaşıq dolusu zəhər yeyirik

Qaşıq dolusu zəhər yeyirikProfessor Dr. Canan Karatay keyfiyyətsiz karbohidratlarla yüklənmiş qidaların insan sağlamlığına zəhərli təsir göstərdiyi barədə xəbərdarlıq edib. Bu cür qidaların qan şəkərini artırdığını deyən Karatay, müntəzəm olaraq sağlam yağlardan istifadə etməyi tövsiyə edib.
Daxili Xəstəliklər Mütəxəssisi Canan Karatayın sözlərinə görə, çörək, düyü, kartof, makaron, paxlava, xəmir, çay şəkəri, meyvə şəkəri, içdiyiniz şəkərli içkilər, qazlı içkilər bədənə daxil olduqda qan şəkərinizi yüksəldir: "Bunlar insan orqanizmi üçün zəhərdir. Bu zəhərin bədənimizdə uzun müddət qalmaması üçün orqanizm özünü qorumaq üçün mədəaltı vəzidən insulin hormonu ifraz edir".
Sağlam yağların insan orqanizmi üçün saysız faydası olduğunu ifadə edən Canan Karatay, sağlam yağ istehlak etdiyiniz zaman o yağ bədəninizdə yağ kimi yığılmır, əksinə, arıqlamağa səbəb olur: "Siz də yağ yeyərək bədəndə yığılan piylərdən xilas ola bilərsiniz. Çünki yağ sizi ac qoymur. Yağ, uzun müddət davam edən sağlam enerji təmin edir.
Diabetin təsirlərindən danışan mütəxəssis bildirib ki, şəkər xəstəliyi həmişə genetik olmur, həddindən artıq şəkər istehlakının nəticəsidir.
İnsulin dirənci nədir?
İnsulin müqaviməti, həmçinin pozulmuş insulin həssaslığı olaraq da bilinir, əzələ, yağ və qaraciyər kimi hədəf toxumaların insulinə bioloji reaksiyasının pozulmasıdır. Bu toxumaların insulin hormonuna normal reaksiya verə bilməməsi və qan şəkərini idarə edə bilməməsi insulin müqaviməti kimi tanınan patoloji vəziyyətə gətirib çıxarır. İnsulin müqaviməti adətən şəkərli və unlu xəmir, çörək, makaron və düyü kimi karbohidratla zəngin qidaları pəhriz vərdişinə çevirməklə irəliləyir.
İnsulin hormonu qanda şəkərin miqdarını idarə etməyə kömək edir. İnsulin müqaviməti yarandıqda, bədən hüceyrələri insulinə normal cavab verə bilmir. Qlükoza hüceyrələrə asanlıqla daxil ola bilmədiyi üçün qanda toplanır. Bu proses insulin müqavimətini ortaya qoyur ki, bu da qaraciyər yağlanmasına, xüsusilə 2-ci tip diabetə səbəb olmaqla yanaşı, ürək və beyin kimi həyati orqanlara da təsir edərək infarkt və insult kimi xəstəliklərin riskini artırır.
Qanda şəkərin çox olması nəticəsində insulin hormonunun öz funksiyasını yerinə yetirə bilməməsi səbəbindən insulin müqaviməti inkişaf edir. Buna səbəb olan amillərə yüksək kalorili, şəkərli və işlənmiş qidaların qəbulu və idmanın olmaması daxildir.
Bədəndə insulin müqavimətinə səbəb olan amilləri aşağıdakı kimi sıralamaq olar:
– Yüksək kalorili, şəkərli və işlənmiş qidaların istehlakı
– karbohidratla zəngin qidalanma proqramı
– hərəkətin olmaması
– piylənmə
– hipotiroidizm
– akromeqaliya
– Cushing sindromu
– genetik amil.//saglam.az / konkret.az

Sağlamlıq       Tarix: 15 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Bu bağçanı bit basıb?

"Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib". KONKRET.azxəbə

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2026 ən son xeberler sonxabar az axsam.az xeberler