Qida dadlandırıcıları və əlavələri sağlamlığa zərərlidir? - Ekspertdən AÇIQLAMA

Qida dadlandırıcıları və əlavələri sağlamlığa zərərlidir? - Ekspertdən AÇIQLAMADadlı yemək bişirməyi, dadlı yeməklər yeməyi hər kəs sevir. Məhz bu səbəbdən gündəlik həyatımızda bişirdiyimiz yeməklərdə tez-tez dadlandırıcılardan, qida əlavələrindən, müxtəlif ədviyyatlardan istifadə edirik.
Bəs dadlandırıcıların, qida əlavələrinin insan sağlamlığı üçün hansısa təhlükəsi varmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan "Refresh Group" qida konsaltinq kompaniyasının mütəxəssisi Seymur Qafarov bildirib ki, hazırlanan məhsullarda istifadə edilən dadlandırıcı qida qatqıları, rəngləndiricilərin böyük əksəriyyətinin insan sağlamlığına zərəri yoxdur:
"Gün ərzində hazırlanan yeməklərə müxtəlif ədviyyatlar, dadlandırmaq üçün qida qatqıları, istehsal olunan məhsularda da rəngləndiricilər, dadlandırıcılar və Avropa Komissiyası tərəfindən kodlaşdırılmış qatqı maddələri əlavə olunur. Bunların isə böyük əksəriyyəti insan sağlamlığı üçün zərərli deyil. Qeyd olunan kodlaşdırma sistemi araşdırmalar nəticəsində yaradılıb. Həmin maddələrin böyük əksəriyyəti də kodlaşmaya tabe etdirilib. İstifadə olunan qatqı maddələrinin insan sağlamlığına zərər verməsi ilə bağlı laborator analiz mövcud deyil. Əksinə 523 saylı "Qida təhlükəsizliyi haqqında" qanunun 17-ci maddəsinə görə, qida məhsulunun üzərində etiket məlumatları varsa, onun qanuni istifadəsi mümkündür".
O həmçinin qeyd etdi ki, istehlakçılar məhsul aldığı zaman müşahidəedici sənədləri tələb edə bilərlər:
"Məişət üsulunda hazırlanan məhsullara qatılan dadlandırıcılar, və ədviyyatlar sertifikatlaşmış müəssisələrdən alınırsa, onların heç bir təhlükəsi yoxdur. Həmin müəssisə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən reyester siyahısına əlavə olunub. Ölkəyə idxal olunan dadlandırıcılar laborator analizdən keçirilir. Yalnız analiz nəticələrində insan sağlamlığına təhlükə yaratmadığı təsdiqləndikdə ona idxal sağlamlıq aktı verilir".
Aygün Mirakif,
KONKRET.az

Sağlamlıq       Tarix: 13 avqust 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir

Son günlər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Malakanka" MMC-yə məxsus müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsullarının aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəm

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Arıqlama iynələrini dayandıranda nə olur?

Arıqlamaq üçün istifadə olunan "Ozempic", "Wegovy" və "Mounjaro" kimi preparatları dayandıran şəxslər itirdikləri çəkinin böyük hissəsini yenidən geri ala bilərlər. KONKRET.azxəbər verir ki

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər cəbhədən xəbər sonxeber xeberler bu gun