Qırğızıstanda Qərbi Azərbaycana qayıdışla bağlı tədbir keçirildi - FOTOLAR

Qırğızıstanda Qərbi Azərbaycana qayıdışla bağlı tədbir keçirildi - FOTOLAR"Qərbi Azərbaycana qayıdış, tarixi ədalətin bərpası Türk dünyası müstəvisində"
44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində öz ərazi bütövlüyünü, suverenliyini bərpa edən  Azərbaycan bu gün o torpaqlara qayıdışı həyata keçirir. İşğaldan azad olan torpaqlarla yanaşı, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların hüquqlarının bərpasını önə çəkməklə bərabər, eyni zamanda Qərbi Azərbaycan ərazisindən zorla deportasiya edilmiş azərbaycanlıların doğma yurdlarına qayıtmaları üçün səylər göstərir. Qərbi azərbaycanlıların tarixi yurd yerlərinə qayıtmaq istəyi, eyni zamanda, onların beynəlxalq konvensiyalarla təsbit olunan hüquqlarıdır.
KONKRET.az xəbər verir ki, bu istiqamətdə aparılan işlər sırasında "Media Araşdırmaları və Monitorinq Mərkəzi" "Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi"nin maliyə yardımı ilə "Qərbi Azərbaycana qayıdış, tarixi ədalətin bərpası Türk dünyası müstəvisində" adlı layihənin icrasını Qırğızıstan Respublikasının Bişkek şəhərində həyata keçirdi.
Ermənilər Azərbaycan xalqına qarşı uzun müddət ərzində ən ağır beynəlxalq cinayətləri törədiblər. Qərbi Azərbaycana qayıdışın ən mühüm komponentlərindən biri bu cür cinayətlərin beynəlxalq müstəvidə tanınmasına nail olmaq məqsədi ilə "Media Araşdırmaları və Monitorinq Mərkəzi"  "Manas" Qırğızıstan-Türkiyə Universitetində böyük tədbir keçirdi. Universitet rəhbərliyi və müəllim heyətinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Alpaslan Ceylan Azərbaycanın əldə etdiyi zəfərin sevincini bölüşdüklərini, qardaş türk dövlətlərinin bir-birinə dəstəyini dilə gətirdi.
Qırğızıstanda Qərbi Azərbaycana qayıdışla bağlı tədbir keçirildi - FOTOLARTədbirdə iştirak edən Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov yurdu olmayan ermənilərin  yurd iddalarından əziyyət çəkən azərbaycanlıların dəfələrlə deportasiyaya məruz qalmalarından danışdı. İllərlə davam edən işğalçılıq siyasətindən,  ermənilərin təcavüzündən əziyyət çəkən insanlarımızın öz dədə-baba torpaqlarından necə qovulmasından, deportasiyaya məruz qalmasından geniş danışan səfir, bu gün Azərbaycanın Qərbi Azərbaycana qayıdış siyasətinin mahiyyətini, tarixi ədalətin bərpasının vacibliyini qeyd edib.
Qırğızıstanda Qərbi Azərbaycana qayıdışla bağlı tədbir keçirildi - FOTOLARMedia Araşdırmaları və Monitorinq mərkəzinin rəhbəri Zaur Qəriboğlu tədbir iştirakçılarına zaman-zaman ermənilərin Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən söz açıb, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından didərgin salınmaqlarını tarixi faktlara əsaslanaraq tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, bildirib ki, ölkə başçısı İlham Əliyevin də dediyi kimi, biz öz evimizə, öz yurdumuza, silah-sursatla, top- tüfənglə deyil, maşınla qayıdacağıq. Biz sülhün, əmin-amanlığın  tərəfdarıyıq.
Qırğızıstanda Qərbi Azərbaycana qayıdışla bağlı tədbir keçirildi - FOTOLARSonda Zaur Qəriboğu tədbirin təşkilində göstərdikləri dəstəyə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirib, plaketlər təqdim edib.
Qırğızıstanda Qərbi Azərbaycana qayıdışla bağlı tədbir keçirildi - FOTOLARQeyd edək ki, Qərbi Azərbaycana qayıdış, tarixi ədalətin bərpası Türk dünyası müstəvisində" adlı layihənin icrası çərçivəsində Qırğızıstan Parlamentinin deputatı Ulukbek Ormonov, Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri Kanıbek İmanaliyev, Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Altınbek Maksudov, nazir müavini Çingiz Esenqul uulu, diaspora üzvləri və Qırğızıstan QHT nümayəndələri ilə görüşlər keçirilib. İki qardaş ölkə arasında qarşılıqlı əlaqələrin inkişafından danışılıb, gələcəkdə birgə fəaliyyətə dair müzakirələr aparıblar.
Qırğızıstanda Qərbi Azərbaycana qayıdışla bağlı tədbir keçirildi - FOTOLARQırğızıstanda Qərbi Azərbaycana qayıdışla bağlı tədbir keçirildi - FOTOLARQırğızıstanda Qərbi Azərbaycana qayıdışla bağlı tədbir keçirildi - FOTOLARQırğızıstanda Qərbi Azərbaycana qayıdışla bağlı tədbir keçirildi - FOTOLAR

Siyasi       Tarix: 22 may 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını


azerbaycan xeberleri yeni xeberler son xeberler en sonxeber cəbhədən video son xeber 2026 maşın realiti şou