"Qışqırır, ağlayır, oğlana təpik atır..." - Qızlarda VAGİNİZM niyə artır?

"Azərbaycanda qız uşağının üzərinə çığırmaq çox geniş yayılmış haldır: "Düz otur", "Ayaqlarını belə qoy, qız uşağı belə oturmaz", "Niyə gülürsən qız uşağının dişi görünməz", "Qonaq gəldi ortalığa çıxma", "Qız uşağı çölə çıxamaz, içəri gir" və s. Qız müşahidə edir ki, eyni sözlər onun qardaşına deyilmir".
KONKRET.azxəbər verir ki, bunu referans.az-a açıqlamasında həkim – ginekoloq Təranə Həsənova vaginizm xəstəliyindən danışarkən deyib. Həkim sözlərinə belə davam edib:
"Qardaşı üçün hər yerdə yaşıl işıqdır. Bu uşaqda ciddi psixoloji travma yaradır. Bunu nə ana, nə ata, nə də qardaş bilmir. Hamıya deyirlər ki, qızı yaxşı tərbiyə edirlər. Başa düşmürlər ki, o sözü qıza normal şəkildə demək lazımdır. Qışqırıb, təhqir edib, körpə qəlbini qəıraraq demək lazım deyil. Bizdə qəbul edirlər ki, qızla belə danışmaq lazımdır. Vaginizm problemi uşaq travmalarından qaynaqlanır. Yəni qız uşağının ailəsi, nənəsi, atası, qardaşı tərəfindən aldığı travmadan əmələ gəlir. Ailənın qızına düzgün olmayan şəkildə verdiyi ciddi cinsi tərbiyədən irəli gəlir. Kifayət qədər vaginizmlə bağlı hekayələr var. Ailədaxili münasibətdən, cinsi qısnamadan, rəfiqələri ilə münasibətdən vaginizm yarana bilir. Bizdə dəb halını alıb, ərə getmiş qızlar öz cinsi həyatını yaşda kişik olanların arasında əfsanə şəklində, şişirdilmiş şəkildə danışırlar. Yeni ərə gedənlərin cinsi həyatını danışması qızlarda qorxu yaradır. Vaginizm həmçinin toy gecəsində kişinin kobud münasibətindən yaranır".
Ginekoloq deyir ki, vaginizm problemi yaranan insanlar cinsi münasibətə girə bilmirlər. Onlarda panik – atakı xatırladan çox güclü sinir krizi olur. Bu xəstəliyə düçar olan qızlar dəhşət içərisində olurlar, ağlayır – qışqırır, oğlana təpik atır, büzüşüb bir kənarda qalırlar. Xəstəlik eynilə ölüm qorxusu kimi olur.
Müsahibin sözlərinə görə, vaginizmdə dərman müalicəsi, maz, ağrıkəsici olmur: "Vaginizm özü xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı vaginizmi ayrıca olaraq xəstəlik kimi tanıyıb. Xəstəliyi dərmanlarla müalicə etmək mümkün deyil. Xəstəlik daha çox psixoloji əsaslı, müəyyən qədər də anatomik əsaslı olur".

Sağlamlıq       Tarix: 07 oktyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda havanın temperaturu cəbhədən video valyuta