Qız bir ay hər gün sarımsaq yedi: Nəticəsi hərkəsi şoka saldı

Qız bir ay hər gün sarımsaq yedi: Nəticəsi hərkəsi şoka saldıSarımsağın dadı xoşagəlməz olsa da, bəzi iddialara görə, xolesterolu və qan təzyiqini aşağı sala bilən sağlam bir məhsuldur.
KONKRET.az lent.az-a istinadən bildirir ki, Lou Mudge adlı bir qadın hər gün bir diş çiy sarımsaq yeməyə qərar verib.
"Mən bir ay ərzində demək olar ki, hər gün çiy sarımsaqlı pesto (və ya sarımsaqlı reyhan əzməsi) yedim və bəzi heyrətamiz dəyişikliklər hiss etdim", – o vurğulayıb.
Onun sözlərinə görə, dərisinin vəziyyəti yaxşılaşıb – rəngi daha aydınlaşıb. Lou Mudgenin sözlərinə görə, o, demək olar ki, bütün yetkinlik dövrü hormonal sızanaqlarla mübarizə aparıb. Buna görə də indiki "şüşə dəri" effektindən çox məmnundur. Məqalədə deyilir ki, sarımsağın üzdəki sızanaqlara səbəb olan mikroorqanizmlərlə mübarizə apararaq dəri sağlamlığını yaxşılaşdıra bilən antimikrobiyal və antibakterial xüsusiyyətlərə malikdir.
Qız vurğulayır ki, özünün dərisinin vəziyyətinə təsir edən sarımsaq olduğunu təsdiqləməyə hazır deyil, çünki bir ay ərzində həyatında çox şey dəyişib. Mütəxəssislərin sözlərinə görə, sarımsaq iltihabı azalda bilər, bu da dərinin sağlamlığının yaxşılaşdırılmasında, sızanaqların və ya digər dəri xəstəliklərinin inkişaf riskini azaltmaqda rol oynaya bilər.
"Mən çiy sarımsaq yeməyin ilk həftəsində həzm sistemində bəzi qıcıqlanmalar hiss etdim, lakin ayın sonuna kimi o, düzəldi. Bəlkə də mənim həzm sistemim düşündüyümdən daha yaxşı uyğunlaşa bilir" – o bildirib.
Dietoloq qeyd edib ki, çiy sarımsaq həqiqətən də mədə narahatlığına səbəb ola bilər ki, bu da bəzi insanlarda şişkinlik, ürək yanması və qaz kimi əlamətlərlə müşayiət olunacaq. Bununla belə, ekspertin fikrincə, sarımsağın tərkibində prebiotik lif var, həzm sistemindəki faydalı bakteriyaları qidalandıraraq bağırsaq sağlamlığını yaxşılaşdıra bilər, ancaq İBS olmayan insanlarda.
Bundan əlavə, bir ay sarımsaq yedikdən sonra qız ağızdan qoxu gəldiyini hiss edib:
"Çox narahat olmazdım, amma bu, səhərlər yaxşı diş fırçalamadan sonra belə qalıcı bir qoxudur. Əminəm ki, itim danışa bilsəydi, şikayət edərdi".
Dietoloqun fikrincə, bunun səbəbi sarımsaqda kükürd birləşmələri var və onlar parçalandıqda ağız qoxusuna səbəb olur:
"O, iltihabı azaldaraq və ağ qan hüceyrələrinin sayını artıraraq immunitet sisteminizi dəstəkləyə bilər. Özünüzü pis hiss etdiyiniz zaman sizə kömək edən antiviral xüsusiyyətlərə malik olduğu deyilir. O, həmçinin qan təzyiqini və qan şəkərini dəstəkləməyə və aşağı salmağa kömək edə bilər".

Sağlamlıq       Tarix: 09 oktyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda havanın temperaturu cəbhədən video valyuta