Qrip olmamaq üçün bunları edin

Qrip olmamaq üçün bunları edin Qrip, soyuqdəymə kimi yoluxucu bir virus infeksiyası olsa da, soyuqdəymədən daha şiddətli bir xəstəlikdir. 
Hər mövsüm milyonlarla insan qrip virusuna yoluxur. Bu bəzi insanlar üçün yüngül xəstəlik olsa da, yaşlı insanlar, xüsusilə diabet və ya ürək xəstəliyi kimi sağlamlıq problemləri olanlarda təhlükəli ola bilir. Ancaq aparılan araşdırmalar belə bir təhlükə ilə üz-üzə gəlməmək və ya xəstəlikdən qısa müddətdə xilas olmaq üçün təbii qida və bitki çayların gündəlik istehlakının əhəmiyyətini ortaya qoyur.
KONKRET.azMetbuat.az-a istinadən qripin təbii yollar ilə müalicəsində istehlakı məsləhət olunan qidalar:
1- Vitamin C
Pomidor, təzə bibər, rukula, cəfəri, naringi, qreypfrut, portağal, nar, itburnu, kivi kimi tərkibində C vitamini olan qidalar gün ərzində istehlak edilməlidir.
2-Zəncəfil
Zəncəfil tünd dadı və ətri ilə tənəffüs yollarını açan xüsusiyyətə malik olduğu səbəbi ilə şorbalarda, təzə tərəvəz yeməklərində və salatlarda istifadə edilə bilər.
3-Sarıkök
Sarıkökü salat, şorba, qatıq və ya yumurtanın üzərinə səpərək istehlak etmək qrip üçün faydalıdır.
4-Hil
Hil bakteriyalara və viruslara qarşı təsirlidir. Soyuqdəymə,bronxit, öskürək, qızdırma kimi problemləri aradan qaldırır. İmmunitet sistemini dəstəkləyir. Ağız və boğaz iltihablarını yox edər.
Hil daha çox toz şəklində qəhvə və ya çaya əlavə edilərək istifadə edilsə də, qurudulmuş bitkisini çay kimi dəmləyib içmək və ya qatığa əlavə edərək yemək olar.
5-Exinasea
Exinasea qrip və soyuqdəymə üçün faydalı bitkilərdən biridir. 4 çay qaşığı exinasea bir 1 litr qaynar suda 5 dəqiqə qaynadıldıqdan sonra istehlak edilir.
6. Jenşen
Yorğunluq və tükənmə kimi hallarda bədənin müqavimətini artırır. İmmunitet sistemini tənzim edər.
7. Ağ çay
Gündə 1-2 stəkan ağ çay qəbul etmək immunitet sistemini gücləndirir.
8. Nar qabığı və Hibiskus
1 stəkan qaynar suya sikkə böyüklüyündə 2 ədəd qurudulmuş nar qabığı və 1 çay qaşığı hibiskus əlavə edib, 5 dəqiqə qaynadıb içmək qrip virusunu öldürür.
9. Boğaz ağrısı üçün duz və karbonatlı su
1 stəkan suya 1 çay qaşığı duz və 1 çay qaşığı karbonat əlavə edib qarışdırdıqdan sonra qarqara etmək boğaz ağrısını azaldır.
10. Sink və selenium
Sink və selenium immunitet sistemi üçün vacib minerallardır. Dəniz məhsulları, ət, soğan və sarımsaq selenium; balqabaq toxumu, qoz-fındıq, badam, hinduşka və quzu əti, qulançar və göbələk isə sink baxımından zəngin qidalardır.
11. Omeqa 3 yağ turşuları
Balıq mövsümünün başlaması ilə həftədə 2 gün balıq, fındıq, qoz və badam kimi omeqa 3 baxımından zəngin qidaların istehlakı qripin qarşısını alır.
12. Beta-karoten
Sarı-narinci meyvə və tərəvəzlər başda olmaqla Beta-karoten baxımından zəngin olan balqabaq, kök, ananas, xurma və ərik immunitet sistemini gücləndirərək qrip virusuna qarşı müqaviməti artırır.
13. Çobanyastığı
Qurudulmuş çobanyastığı buxarı qrip səbəbi ilə ortaya çıxan burun tıxanıqlığını açar və tənəffüs yollarını təmizləyir.
14. Quersetin
Quersetin sitrus meyvələri, alma, qırmızı üzüm, soğan, çiyələk, tut, böyürtkən, qırmızı soğan kimi meyvələrin qabığında olan bu piqment immunitet sistemini dəstəkləyir.
15. Öskürəyi aradan qaldıran ballı zəncəfil
Qriplə birlikdə başlayan quru öskürəyin qarşısını almaq üçün bal və toz zəncəfil qarışığı hazırlayıb səhər və axşam 2 çay qaşığı qəbul etmək məsləhətdir.
16. Zəncəfil çayı
Zəncəfil çayı immunitet sistemini gücləndirir.
17. İstirahət
Qripə qarşı ən təsirli tədbirlərdən biri də istirahət etməkdir. Ancaq istirahət edilən otaqda hava təmiz olmalıdır.
18. Su içmək
Qripə qarşı ən faydalı tətbiqlərdən biri də çox su içməkdir.
19. Bulyon
Bulyon susuzluğu yatırmağa, boğaz ağrısını sakitləşdirməyə və tıxanıqlığı aradan qaldırmağa kömək edir.
19. Toyuq şorbası
İsti toyuq şorbası qrip simtomlarının artmasının qarşısını alır.
20. Sarımsaq
Sarımsaq istehlakı immunitet sistemini gücləndirir və ağrıları azaldır.

Sağlamlıq       Tarix: 16 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

Ucuz qiymətə satılır, faydaları isə saymaqla bitmir – EKSPERT AÇIQLADI

Son dövrlər Bakının balıq bazarlarında kilkəyə marağın artdığı müşahidə olunur. Digər balıq növləri ilə müqayisədə daha münasib qiymətə satılan kilkə həm əlçatanlığı, həm də zəngin qida tərkibi ilə istehlakçıların diqqətin

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir

Son günlər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Malakanka" MMC-yə məxsus müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsullarının aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəm

Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir

"Bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz və həkim məsləhəti olmadan qəbulu qaraciyər sağlamlığı üçün ciddi təhlükə yaradır". xəbər verir ki, bu barədə tibb elmləri namizədi, qastroenteroloq Yekaterin

Azərbaycanda hər 6 aydan bir məcburi tibbi müayinə tətbiq oluna bilər? – AÇIQLAMA

Xərçəng xəstəliklərinin erkən aşkarlanması və ölüm hallarının azaldılması müasir səhiyyənin ən mühüm prioritetlərindən biridir. Mütəxəssislər hesab edirlər ki, onkoloji xəstəliklərlə mübarizədə ən təsirli vasitələrdən bir

Estetik əməliyyatlar dəbdədir, bəs niyə ayrıca ixtisas kimi tədris olunmur? – AÇIQLAMA

Azərbaycanda estetik əməliyyatlara tələbatın artmasına baxmayaraq, plastik və estetik cərrahiyyənin ayrıca ixtisas kimi tədris olunmaması müzakirə mövzusudur. Bəs bu sahədə ixtisaslaşmanın genişləndirilməsi nə dərəcədə vacibdi

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son durum xeber saytlari xabarlar en sonxeber