Qrip, yoxsa koronavirus, nələrə diqqət etməliyik? - Mühüm AÇIQLAMA
Respirator infeksiyaların baş qaldırdığı payız ayları pandemiya dövründə mövcud təhlükəni daha da artıracaq.
Dünyanı aciz duruma salan COVİD 19-un simptomlarının qrip infeskiyası ilə eynilik təşkil etməsi insanlarda çaşqınlığa, səhlənkarlığa səbəb ola bilər. Nəticədə bu, ölkədə xeyli azalan yoluxma sayının qarşıdakı bir neçə ayda sürətlə artmasına səbəb ola bilər ki, bu da avqustun 5-dən mərhələli yumşalma planlarını yenidən təxirə sala bilər.
Bəs qrip virusunu koronavirusdan seçmək üçün nələrə diqqət etməliyik?
Mövzuyla bağlı koronavirus xəstələrinin müalicəsi ilə məşğul olan 1 Sayli Kliniki Tibbi Mərkəzin terapevti, Tibb elmləri namizədi Eldar Kamranov Milli.Az-a açıqlama verib:
"Hər bir halda, elə bizim özümüzə də bəzən araşdırmaq üçün vaxt lazım olur, müəyyən analizləri yoxlamaq, xəstənin müayinə olunması lazım olur. Elə bir kəlmə sözlə mən deyim ki, "Yox e, səndə bu virus yoxdur" və yaxud da "Sən koronavirusa yoluxmamısan", belə demək, bu qeyri-peşəkarlıqdır.
Hər bir xəstə, insan özündə müəyyən xəstəliyin əlamətlərini - temperatur, əzginlik, öskürək, döş qəfəsində ağrı və yaxud da ihsal halları müşahidə edərsə, o, mütləq həkimə müraciət etməlidir. Ən azı ərazi üzrə poliklinikanın həkiminə müraciət etməlidir və o xəstədə lazımi müayinələr aparılmalıdır. Tutaq ki, COVİD-ə görə burnundan, boğazından yaxma götürülməlidir. Lazım olsa, xəstənin əgər simptomları güclü müşahidə edilməyə başlayıbsa o insanların ağciyərin rentgen müayinəsi və bəzi hallarda daha da dəqiqləşdirmək üçün KT (Kompüter Tomoqrafiya) aparılmasına qərar verilməlidir.
Biz deməklə ki, "Hə, səndə koronavirus deyil", belə olmaz. Bəlkə xəstədə virus simptomatik deyil. Onun ağciyərində 5%-10% virus zədələnməsi zonası aşkar olunur. O, bir həftədən sonra get-gedə ağırlaşmaq baxımından əməlli-başlı özünü göstərir. Mütləq hər bir insan özündə xəstəliyin əlamətini aşkar edən kimi ərazi üzrə həkiminə müraciət etsin və o həkimin qərarlarını, dediyi müayinələrlə nəzarətə götürülməlidir. Bu, vacib şərtdir".
Təhməz Əsədov
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar