Qripdən qorunmağın dadlı yolu - BUNLARI YEYİN

Qripdən qorunmağın dadlı yolu - BUNLARI YEYİNQış aylarında orqanizmin soyuğa və xəstəlik törədən mikroorqanizmlərə qarşı dözümlü olması üçün güclü immunitet sistemi vacibdir. Tərəvəzlər vitaminlər, minerallar və antioksidantlarla zəngin olduğundan qış aylarında immuniteti gücləndirmək üçün ideal seçimdir.
KONKRET.azbu qış sizi qripdən qoruyacaq, immunitetə faydalı tərəvəzləri təqdim edir:
KƏLƏM (Ağ kələm, brokoli, brüssel kələmi)
Kələm ailəsindən olan tərəvəzlər C vitamini ilə zəngindir. C vitamini immunitet sistemini stimullaşdırır və bədəndəki infeksiyalara qarşı mübarizə aparır. Xüsusilə brokoli antioksidantlar, beta-karotin və fol turşusu ilə zəngindir.
YERKÖKÜ
Yerkökü yüksək miqdarda beta-karotin ehtiva edir, bu da bədəndə A vitamininə çevrilir. A vitamini selikli qişaları gücləndirir və mikrobların bədənə daxil olmasının qarşısını alır.
SOĞAN və SARIMSAQ
Soğan və sarımsaq təbii antibiotiklərdir. Onların tərkibindəki allisin maddəsi (bu maddə qan damarlarındakı spazmı aradan qaldırır, qan dövranını aktivləşdirir ) antibakterial xüsusiyyətlərə malikdir. Bu tərəvəzlər yüz illərdir qrip və soyuqdəyməyə qarşı qoruyucu vasitə kimi istifadə olunur.
İSPANAQ
İspanaq dəmir, fol turşusu, C və E vitaminləri ilə zəngindir. Bu maddələr bədənin müdafiə mexanizmini gücləndirir, infeksiyalara qarşı müqaviməti artırır.
BALQABAQ
Balqabaq da beta-karotinlə zəngindir və immuniteti dəstəkləyən A vitamini qaynağıdır. Balqabağın tumu isə sink mineralı ilə zəngindir ki, bu da immun hüceyrələrin fəaliyyətini artırır.
ÇUĞUNDUR
Çuğundur qan dövranını yaxşılaşdırır, orqanizmi toksinlərdən təmizləyir və enerjini artırır. Onun tərkibindəki antioksidantlar və C vitamini bədən müdafiəsini gücləndirir.
ACI BİBƏR
Bibər, xüsusilə acı bibər, C vitamini ilə zəngindir. Tərkibində olan flavonoidlər isə immun sisteminin fəaliyyətini dəstəkləyir.
Sadaladığımız tərəvəzləri çiy halda salat şəklində yemək daha faydalıdır, çünki bu zaman onların vitamin tərkibi tam qorunur.
Şorbalarda tərəvəzlərdən istifadə edərək həm bədəni isidə, həm də vitamin ehtiyacını qarşılaya bilərsiniz.
Qeyd edək ki, qış aylarında qripdən qorunmaq və immuniteti gücləndirmək üçün tərəvəzlər gündəlik qida rasionunuzun ayrılmaz hissəsi olmalıdır. Tərəvəzlərdən düzgün istifadə etməklə soyuq fəsildə sağlam qalmaq və enerjili olmaq mümkündür./Yenisabah.az

Sağlamlıq       Tarix: 13 dekabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA

Misofoniya gündəlik səslərə qarşı güclü qıcıqlanma, qəzəb və narahatlıq hissi ilə müşayiət olunan vəziyyətdir. Azərbaycanda bu vəziyyətin müalicəsi iki dövlət tibb müəssisəsində həyata keçirilir. Misofoniya müəyyən səslər

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Bu bağçanı bit basıb?

"Noyabrın 2-də Gəncə şəhər 53 saylı körpələr evi-uşaq bağçasında bit aşkarlandığı iddia olunub. Bununla bağlı qeyd olunan təhsil müəssisəsində tibb işçilərinin iştirakı ilə monitorinq keçirilib". KONKRET.azxəbə

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar

Baş ağrısından tutmuş soyuqdəyməyə qədər bir çox insan narahatlıq hiss edən kimi dərmana üz tutur. Bəziləri həkim məsləhəti olmadan aptekdən aldığı preparatları günlərlə, hətta aylarla qəbul etsə də, gözlədiyi nəticəni əld

Düyüdəki gizli təhlükə: Plov hansı halda zəhərləyir?

Lənkəranda bir ailənin üzvlərinin plov və turşu qəbul etdikdən sonra qida zəhərlənməsinə məruz qaldığı bildirilir. Hadisə gündəlik qida rasionumuzda yer alan plovun hansı hallarda təhlükə yarada biləcəyi və ev şəraitind


yeni xeberler son xeberler azerbaycan xeberleri qurban bayrami 2026 ən son xeberler sonxabar az axsam.az xeberler