Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAR

Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLARÇərşənbə günü Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və "Chengdu" Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış "JF-17C" (Block-III) təyyarələri təqdim olunub. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Pakistan Aviasiya Kompleksinin sədri, vitse-marşal Hakim Raza dövlətimizin başçısına təyyarələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları və digər göstəriciləri barədə məlumat veriblər.
Maraqlıdır, artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilən "JF-17C" (Block-III) birmühərrikli çoxməqsədli döyüş təyyarələri hansı xüsusiyyətlərə malikdir?
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLARKONKRET.az xəbər verir ki, bu barədə Medianews.az-a danışan Heydər Əliyev adın Hərbi İnstitutun baş müəllimi, ehtiyatda olan polkovnik-leytenant Vüqar Əliyev bildirib ki, hər bir dövlət öz silahlı qüvvələrini yaradan və modernləşdirən zaman gələcək döyüş əməliyyatlarının forma və metodlarını, ehtimal rəqibinin imkan qabiliyyətlərini nəzərə alır.
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAROnun sözlərinə görə, bu amillərə müharibə teatrı da daxildir: "Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi  44 Günlük Vətən Müharibəsinin analizi əsasında, Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları və sərəncamları ilə  həyata keçirilir. Azərbaycan ərazisi kiçik olan dövlətdir. Məhz bu səbəbdən Azərbaycana uzaq uçuş mənzilli, ağır bombalar və silahlar daşıya biləcək, təyyarə daşıyan gəmilərə enə və start götürə biləcək  aparatlar lazım deyil. Azərbaycana daha manevrli, kiçik qabaritli, sürətli və eyni zamanda rəqibi uzaqdan aşkar edə biləcək və ona uzaq məsafələrdən effektiv zərbələr vura biləcək, Hava Hücumundan Müdafiə sisteminə inteqrasiya olunan aparatlar lazımdır. Belə qabaqcıl texnologiyalardan biri də "JF-17C" (Block-III) döyüş təyyarələridir. Bu təyyarələr hava döyüşlərinin aparılması və yerüstü hədəflərə hücum üçün nəzərdə tutulub. "JF-17C" (Block-III) təyyarələrinin alınması ilə bağlı müqaviləyə döyüş sursatlarının tədarükü və pilot hazırlığı da daxildir. Azərbaycan Silahlı Qüvvələri hərbi təyyarə parkını sinfinə görə tamamilə "JF-17" (Blok-III) döyüş təyyarələri ilə əvəz edəcək. Yəni 60-a yaxın "JF-17C" (Blok III) təyyarəsi alınacaq".
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLARHərbi ekspert vurğulayıb ki, "JF-17C" (Block-III) hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir: "Təyyarənin maksimum sürəti 1910 km/s, uçuş məsafəsi 2037 km, uçuş yüksəkliyi 15 240 metrə qədərdir. Təyyarənin silahları arasında ikilüləli top, 4 ədəd idarə olunanan "hava-hava" raketi, bir ədəd "hava-yer" raketi, idarə olunmayan raketlər, 15 ədədə qədər müxtəlif növ bomba var. "JF-17" öz xüsusiyyətlərinə görə "MİQ-29", "SU-25" təyyarələrindən üstündür və "S-300" Raket Əleyhinə Müdafiə (RƏM) sistemlərinə qarşı dura bilir. "JF-17" döyüş təyyarəsinin ən son təkmilləşdirilmiş versiyası Çinin "J-20" gizli təyyarələri tərəfindən də istifadə edilən ən qabaqcıl "PL-10" hava-hava raketi ilə təchiz edilib.  Çin və Pakistanın birgə inkişaf etdirdiyi yüngül qırıcı, hava döyüşlərində rəqiblərindən üstündür".
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLARV.Əliyev deyib ki, "PL-10" hava-hava tipli raketlər öz sinfində ən yaxşısıdır, əvvəlki "JF-17" qırıcı təyyarələr köhnə "PL-5" raketləri ilə təchiz edilmişdi: "JF-17" (Blok-III) döyüş təyyarələri tərəfindən daşınan "PL-10" raketləri Cənubi Çinin Quandun əyalətinin Çjuhay şəhərində "Airshow China 2018" sərgisində debüt etmiş "PL-10E"nin ixrac variantıdır. "PL-10E" dördüncü nəsil hava-hava raketidir və ABŞ-nin "AIM-9X" ilə eyni səviyyədə dünyanın ən qabaqcıl raketlərindən biridir. İnfraqırmızı təyinat, aerodinamik dizayn və digər qabaqcıl texnologiyalar sayəsində heç bir təyyarə, hətta gizli olanlar belə, "PL-10" raketlərindən yayına bilmir. "PL-10" raketləri ilə "JF-17" (Blok-III) döyüş təyyarələri  yüksək hava döyüş qabiliyyəti əldə edib və ölkənin hava hücumundan müdafiə sistemində daha da ağır rəqiblər üzərində üstünlüyə malik olacaq".

Ehtiyatda olan polkovnik-leytenant söyləyib ki, "PL-10" ilə yanaşı, JF-17 (Blok-III) döyüş təyyarələri daha təkmil radarla təchiz edilib: "Bu radar havadan aktiv elektron skan edən və atəşə nəzarət sistemləri ilə təchiz olunub. Radar dünyanın ən yaxşılarından biridir. İlk "JF-17" (Blok-III) döyüş təyyarələrinin prototipi ilk dəfə 2019-cu ilin dekabrında Çinin cənub-qərbindəki Sıçuan əyalətinin Çenqdu şəhərində səmaya qalxıb. Digər texnologiyalardan "J-10C" və "J-16" tərəfindən istifadə edilən qabaqcıl infraqırmızı raket xəbərdarlığı sisteminə əlavə olaraq, yeni və daha böyük holoqrafik geniş bucaqlı baş üstü displey inteqrasiya edilmiş kokpit displeyi "JF-17" (Blok-III) döyüş təyyarələrində istifadə olunur".

Siyasi       Tarix: 27 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber.az cəbhədən yeni xəbərlər havanın temperaturu sou biznes