Rəsmi Bakıdan fransalı nazirə cavab: RƏDD EDİRİK
Rəsmi Bakı Fransanın daxili işlər naziri Jerar Darmaninin "France-2" telekanalına müsahibəsində Azərbaycana qarşı və Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair səsləndirdiyi fikirləri tamamilə rədd etdiyini bəyan edib.
azxeber.com xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Fransanın daxili işlər naziri Jerar Darmaninin "France-2" telekanalına müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi iddialara dair şərhində yer alıb.
"İlk növbədə Fransa tərəfinin Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pisləyir və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edirik. Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı", - o bildirib.
XİN sözçüsü vurğulayıb ki, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir:
"Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq".
Qeyd edək ki, Fransanın daxili işlər naziri Jerar Darmanin "France 2" telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada iğtişaşlara "müdaxilə etməkdə" və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib.

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev