Rəsmi XƏBƏRDARLIQ! - Payızda bu xəstəlik TÜĞYAN EDƏCƏK

Rəsmi XƏBƏRDARLIQ! - Payızda bu xəstəlik TÜĞYAN EDƏCƏKAzərbaycanda vaksinə qarşı münasibət yenə də birmənalı deyil…
KONKRET.az xəbər verir ki, ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir. Qarşıdan gələn payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyalarının yayılması gözləniləndir. Səhiyyə Nazirliyinin əhaliyə çağırışında belə deyilir.
Bildirilib ki, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə mövsümi qrip əleyhinə "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksəkkeyfiyyətli vaksin preparatları gətirilib. Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, 10 sentyabr 2024-cü il tarixindən vaksinasiyaya başlanılır.
Sərin payız…
"Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir. Həmçinin cari ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən Azərbaycana çoxsaylı qonaqların səfəri gözlənilir. Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi sözügedən əhali qrupları ilə yanaşı COP29-la bağlı tədbirlərə cəlb olunan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər", – müraciətdə vurğulanıb.
Azərbaycanda vaksinə qarşı münasibəti hələ də birmənalı deyil. Təsadüfi deyil ki, koronavirus qədər təhlükəli infeksiya zamanı da bəziləri vaksin vurdurmaqdan imtina etdilər. İndi isə qriplə bağlı çağırış və xəbərdarlıq edilib.
Vaksin vurdurmaq niyə vacibdir? Bu stereotipləri dəyişmək üçün nələr etmək lazımdır?
Pediatır-immunoloq Gülşən Əliyeva deyir ki, hər şey mutasiyaya uğradığı kimi viruslar da dəyişilir. Getdikcə daha da güclü olur və yeni mutasiyalar yaranır. Bu da insanların əvvəlkinə nisbətən daha kəskin formada qrip keçirməsinə səbəb olur: "Bu, ən çox uşaqlar üçün təhlükəlidir. Çünki onlar xəstəliyi daha ağır keçirir. İmmuniteti zəif və hər hansısa xəstəliyi olan, xərçəngdən əziyyət çəkən azyaşlılar kəskin respirator virus infeksiyalarına qarşı daha həssasdır. Hər şey təkmilləşdiyi kimi infeksiyalara münasibət də dəyişib. Müalicə taktikaları da artıq başqa üsulla aparılır. Təcrübələr göstərir ki, virus infeksiyalarına, qripə qarşı elan edilən bu peyvənd xəstəliyin daha yüngül keçməsinə səbəb olub. Qızılca xəstəliyi bir ara Azərbaycanda geniş yayıldı. Çünki COVİD-19 pandemiyası zamanı qızılca əleyhinə peyvənd dayandırılmışdı. Nəticədə uşaqlar qızılcanı çox ağır keçirdilər. Hətta ölüm halları oldu. Qrip virusuna qarşı peyvənd olunanda xəstəliyi uşaqlar nisbətən yüngül keçirirlər. Sağlam uşağa qripə qarşı peyvənd vurdurmaq məsləhət deyil. Həmin uşaq qripi normal keçirəcək. Amma problemli uşaqların, hamilə qadınların peyvənd olunması məsləhətdir".
Həkim infeksionist Vüqar Cavadzadə də deyir ki, kəskin respirator virus infeksiyaları fərqli xarakter daşıyır. Yəni ilin soyuq aylarında artma hiss edilir: "Bu xəstəliklərin qarşısını almaq üçün yeganə üsul vaksinasiyadır. Ümumiyyətlə, dünyada bir çox infeksiyaların kökü peyvəndlə kəsilib. Nəzərə alaq ki, havaların soyuması ilə kəskin respirator virus infeksiyalarında artım gözlənilir. Buna görə də peyvənddən istifadə məsləhət görülür.
Doğrudur, bizim ölkəmizdə qripin epidemik alovlanması müşahidə edilmir. Buna əsasən soyuq ölkələrdə rast gəlinir. Ona görə də həmin ölkələrdə dövrü olaraq peyvəndləmə aparılıb. Bizim ölkəmizdə isə bu hal çox az müşahidə olunub. Ona görə də vaksinasiyaya bir o qədər də üstünlük verilməyib. Amma istənilən halda vaksinasiyanın aparılması təqdirəlayiqdir"./ .musavat.com

Sağlamlıq       Tarix: 11 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Məşhur içki sağlamlıq üçün təhlükəli hesab edilib

Son dövrlər məşhurlaşmış köpüklü çay ("bubble tea") sağlamlıq üçün təhlükəli hesab edilib. Məlum olub ki, bu içkinin tərkibinə əlavə edilən tapioka dənələri bəzi hallarda bağırsaq keçməzliyinə və boğulmaya səbə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda havanın temperaturu cəbhədən video valyuta