Robert Fitsonun hücuma məruz qalmasında hansı ölkələrin və təşkilatların əli ola bilər?

Robert Fitsonun hücuma məruz qalmasında hansı ölkələrin və təşkilatların əli ola bilər?Bir neçə gün öncə Slovakiyanın Baş naziri Robert Fitso atışma zamanı yaralanıb.
Diqqətçəkən detal odur ki, 2003-cü il tarixindən indiyə qədər Avropada heç bir prezidentə, dövlət nümayəndəsinə qarşı bu cür təxribat törədilməyib.
Mövzu ilə bağlı azxeber.com-a danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, Slovakiyanın Baş naziri Robert Fiksonun sui-qəsdə məruz qalmasının bir sıra çoxtərəfli detalları var:
Robert Fitsonun hücuma məruz qalmasında hansı ölkələrin və təşkilatların əli ola bilər?"Slovakiyanın Baş naziri Robert Fiksonun sui-qəsdə məruz qalmasının bir sıra çoxtərəfli detalları var. Birinci bundan başlamaq lazımdır ki, Fiksonu öldürməyə cəhd edən şəxs 71 yaşlı bir yazıçıdır. "Göy qurşağı" adlı ədəbi klubun təsisçisidir. Ədəbiyyatçı baxımından post-modernist, liberal baxışlara malik, tərəqqiçi Slovakiya partiyasının tərəfdarı olduğu qeyd olunur. Maraqlıdır ki, bütövlükdə bu cür siyasi kluarlar bilavasitə liberallar Şərqlə Qərbə bağlı olurlar. Onun ilkin açıqlamaları da bu yöndə olub ki, siyasi mənada hökumətin apardığı siyasətin əleyhinə olub".
Ekspert hesab edir ki, Fiksonun hücuma məruz qalmasının başlıca səbəbi müharibədə açıq-aydın Rusiyanı dəstəkləməsi və Ukraynanın NATO-ya daxil olmasına qarşı olmasıdır:
"Ümumən, Fikso ABŞ-nin Rusiyaya qarşı Ukrayna cəbhəsindən istifadə etmək kursuna açıq şəkildə çıxan azsaylı Avropa liderlərindəndir. O 2023-cü ilin oktyabrında hakimiyyətə gələndən sonra Slovakiya Ukrayna silahlı qüvvələrinə hərbi təsisatı dayandırdı. Onun özünün də mövqeyi belə olub ki, bu münaqişənin həll yolu mümkün deyil. Silah tədarükü yalnız fəal itkilərə gəlib çıxardır. Həm də Ukraynanın NATO-ya daxil olmasını əngəlləyən, bunu "böyük cəfəngiyyat" adlandıran Fitso Rusiyaya qarşı sanksiyaların da əleyhinədir. Bu şəxs Slovakiyanın Ukrayna müharibəsində ciddi zərər gördüyünü etiraf edən liderdir".
Ekspert qeyd edib ki, Fiksodan sonra digər Avropa liderlərinə, xüsusən də Macarıstan lideri Viktor Orbana qarşı təxribat cəhdləri olacağı istisna edilmir:
"Düşünürəm ki, yaxın vaxtlarda Macarıstan lideri Viktor Orbana qarşı da belə bir cəhd olacağ. Ona görə də, bu hadisə Avropa liderlərinə bir çağırışdır, mesajdır, ciddi şəkildə xəbərdarlıqdır. Robert Fikso da, Viktor Orban da Azərbaycanın dostlarıdır. Bütün bunlar Fransada, bilavasitə Qərbdə qıcıq yaradır. Robert Fiksonun bir neçə gün əvvəl Bakıda səfərdəykən Azərbaycan Prezidentinin xarici siyasət maraqlarının uzlaşmasına yönəlik açıqlamaları var idi". 
Mövzu ilə əlaqədar azxeber.com-a danışan politoloq Tural İsmayılov deyib ki, Slovakiyanın müstəqil siyasət yeritməsi Qərb ölkələrində qıcıq yaradır:
Robert Fitsonun hücuma məruz qalmasında hansı ölkələrin və təşkilatların əli ola bilər?"Ümumən, nəzərə almaq lazımdır ki, Slovakiya Avropanın yüksələn dəyərlərindən biridir. Özəlliklə bu ölkənin son illərdə əldə etdiyi uğurlar göz önündədir. Slovakiya Avropanın ən gənc ixtiraçı və elmi inkişaf mərkəzlərindən birinə çevrilib. Məsələyə bu kontekstdən yanaşmaq lazımdır. Bu gün Slovakiya Avropanın içində öz potensialı ilə inkişaf etməsi, müəyyən dərəcədə bu ölkənin müstəqil siyasət həyata keçirməsi, ümumi Qərb imperializminin hay-küyünə qoşulmaması müəyyən dairələrinin qıcığına səbəb olur. Xüsusən Slovakiyanın Baş naziri Robert Fitso ölkənin cəmiyyətində kifayət qədər yüksək xarizmaya və təcrübəyə malik siyasətçilərdən biridir".
Siyasi şərhçi əlavə edib ki, Slovakiya kimi ictimai sabitliyə adaptasiya olmuş bir ölkədə hansısa böyük çaplı dəyişikliklər və xaos yaratmağa nail oluna bilməz:
"Əlbəttə ki, bütün bunları həzm edə bilməyən bəlli dairələr Slovakiyanın daxilində etimadsızlıq yaratmaq, eyni zamanda vətəndaşlar arasında qorxu mühitini daha da dərinləşdirmək üçün ölkənin içində qarışıqlıq yaratmağa çalışırlar. Bir daha qeyd edirəm ki, Slovakiyanın müstəqil siyasət yeritməsi və Qərbin imperialist xorunda iştirak etməməsi və baş nazir Robert Fitsonun bu mənada ortaya bir siyasi lider duruşu, mövqe qoyması müəyyən bəlli dairələri narahat edir. Burada xarici əllər rol oynaya bilər. Lakin mən hesab edirəm ki, istənilən halda bu tip məsələlər Slovakiya kimi artıq ictimai sabitliyə adaptasiya olmuş bir dövlətdə hansısa böyük çaplı dəyişikliklər və xaos yaratmağa gətirib çıxarda bilməz".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Robert Fitsonun hücuma məruz qalmasında hansı ölkələrin və təşkilatların əli ola bilər?

Siyasi       Tarix: 17 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xabar cəbhədən son dəqiqə cəbhədən xəbər axsam.az xeberler