"Rusiya bundan silah kimi istifadə edir, dünyada dərin böhran yaranacaq" - Zelenskidən HƏYƏCAN TƏBİLİ
"Rusiya aclıqdan adi insanlara qarşı silah və hökmranlıq vasitəsi kimi istifadə edir".
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski İrlandiya parlamentində çıxışı zamanı deyib.
"Rusiya ixrac üçün kənd təsərrüfatı məhsulları yüklənmiş gəmilərin olduğu bütün dəniz limanlarımızı bağlayıb. Niyə belə edirlər? Çünki onlar aclığı da öz silahları hesab edirlər. Bizə, sadə insanlara qarşı silah, dominantlıq aləti kimi" – o qeyd edib.
Zelenski bildirib ki, Ukrayna dünyanın ərzaq bazarında aparıcı dövlətlərdən biridir. Ukraynanın bu hala salınması milyonlarla insan üçün aclıq təhlükəsi deməkdir:
"Bizim ixracımız olmasa, bu, sadəcə bizim üçün kəsir demək deyil, Afrika və Asiyanın ondan çox ölkəsi üçün aclıq təhlükəsidir. Çünki kifayət qədər məhsul həcmi olmayacaq və qiymətlər əhəmiyyətli dərəcədə artacaq. Bu, faktdır. İndi Ukraynada əkin kampaniyasının vaxtıdır. Bizim əkin sahələrimizi və infrastrukturumuzu dağıtmaq qəsdən ərzaq böhranına səbəb olmaq deməkdir. Bəs bu böhran nəticəsində nə baş verəcək? – Yeni kütləvi miqrant köçü".
Zelenski aclıqla bağlı Ukraynada ən pis durumun Mariupolda olduğunu xüsusi vurğulayıb:
"Rusiya xalqımıza qarşı müharibənin ilk günlərindən aclıqdan istifadə edir. Ən pis vəziyyət isə Mariupoldadır".
Vəsilə İbrahim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq