Rusiya ilə Azərbaycan arasında nə baş verir?

Rusiya ilə Azərbaycan arasında nə baş verir?Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub.
Əməkdaşlığın hüquqi əsasını 170-dən çox dövlətlərarası, hökumətlərarası və idarələrarası müqavilə və sazişlər, o cümlədən iqtisadi sahədə 50-yə yaxın saziş təşkil edir. Əsas sənədlər 1997-ci il 3 iyul tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik Müqaviləsi və 3 iyul 2008-ci il tarixli Dostluq və Strateji Tərəfdaşlıq Bəyannaməsidir. 2022-ci il fevralın 22-də Moskvada aparılan danışıqların yekunu üzrə iki ölkənin liderləri İlham Əliyev və Vladimir Putin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə imzalayıblar. Sənəd, Rusiya və Azərbaycan tərəflərdən birinin təhlükəsizlik maraqlarına təhlükə yaranarsa, dərhal məsləhətləşmələrə hazırdır, milli maraqlara cavab verən və digər ölkələrə qarşı yönəlməyən hərbi-siyasi əməkdaşlığı inkişaf etdirmək, tərəflərdən birinə birbaşa və ya dolayı ziyan vuran hər hansı iqtisadi fəaliyyətdən çəkinmək, qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəni təşviq etmək və s.-i nəzərdə tutur.
Deməli, biz Rusiya ilə dost və strateji müttəfiqik. Deməli, biz hər zaman və hər şeydə bir-birimizə dəstək olmalıyıq.
Amma real müstəvidə nə baş verir?
Rusiya Ordusunun Hava Hücumundan Müdafiə Qüvvəlləri Azərbaycanın mülkü təyyarəsini vurur və xeyli sayda insanın ölümünə və yaralanmasına səbəb olur. Azərbaycan gözləyir. Gözləyir ki, Rusiya "səhv"ini etiraf edər və üzrxahlıq istəyər. Lakin əvəzində nə baş verir. Rusiya KİV-i və rəsmi dairələri bu faciə ilə yalan informasiya yaymaq, "kələfin ucu"nu it-bata salmaqla məşğul olur.
Bu zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəza ilə bağlı Rusiyanı işarə edən bəyanatı yayılır. Lakin Moskva yenə susur, yenə də cəfəng fikirlərlə hadisələrin inkişafını və beynəlxalq ictimaiyyətin diqqətini başqa səmtə yönəltməyə çalışır.
Bunun ardınca artıq İlham Əliyevin birbaşa Rusiyanı açıq şəkildə ittiham edən sərt bəyanatı gəlir. Bu bəyanatdan təkcə Rusiyanın özü deyil, bütün dünya şoka düşür. RF prezidenti dərhal Cənab İlham Əliyevə zəng vurur, üzr istəyir. Lakin bu üzr "Bəli, bunu biz etmişik, səhvən etmişik, bağışlayın" üzrü deyildi.
Moskva bununla bir daha vəziyyətdən sıyrılmaya, dünya qarşısında onsuzda hər ötən gün itirməyə davam etdiyi imicini maskalamağa çalışır.
Daha sonra Azərbaycan mediasına müsahibəsində Prezident İlham Əliyev növbəti dəfə AZAL təyyarəsinin vurulmasında Rusiyanı işarə edərək, rəsmi üzr və təzminat tələb etdi. Dünya praktikasında bu işlərin yönü-yöntəmi belədir.
Bundan sonra isə Kremlin sözçüsü Dmitri Peskov jurnalistin "Putin qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı bəyanat verəcəkmi" sualına, "yox" cavabını verdi.
Ardınca baş verənlər isə "strateji müttəfiq"imizin tarixən hər kəsə bəlli olan, amma bizə münasibətdə inanmaq istəmədiyimiz daha bir "keyfiyyət"ini növbəti dəfə üzə çıxardı. Sən demə, Bakıda mədəni layihələr həyata keçirmək, iki ölkə arasında dostluq körpüsünü möhkəmləndirmək üçün yaradılan "Rus evi" qanunsuz formada fəaliyyət göstərirmiş. Hələ bu azmış kimi, "strateji müttəfiq"imiz xoş niyyətimizdən istifadə edərək, bu "Rus evi"ni casus yuvasına, agentura şəbəkəsinə çevirərək, milli maraqlarımızı təhdid edirmiş…
Hazırda isə hüquqi dövlət olan Azərbaycan "Rus evi"ni qanuna uyğun olaraq qeydiyyatdan keçməyə dəvət etdiyi üçün Rusiyanın bütün "şər aparatı" ölkəmizi hədəf seçib. Azərbaycan şimal qonşumuzun olmazın təhqir, təhdid və hədələri ilə üz-üzədir.
Rusiyada yaşayan həmyerlilərimiz bu ölkə mediasının, hüquq-mühafizə orqanlarının hətta insanlıqdan kənar münasibəti ilə üzbəüz qalıb
Beləliklə, bununla "xoruzun quyruğu" (əslində təyyarənin quyruğu) və "strateji müttəfiq"imizin əsl siması görünməyə başladı.
Əslində bu "sima" təzə deyil, illərin, əsrlərin lənətindən, qarğışından sürtülmüş, döyülmüş olduqca tanış bir simadır – imperiya simasıdır. Rusiya tarixi boyu heç vaxt milli dövlət olmayıb və həmişə imperiya olub. Onların "millət" resepti belə bir formula ilə ifadə olunur: "Biz hamını rus elan edəcəyik, razı olmayan hər kəsi də cəzalandıracağıq".
Bu ölkəni tarix boyu demokratik, sağlam düşüncəli rəhbərlər deyil, imperiya xülyaları ilə yaşayanlar idarə edib. Müasir Rusiya da belədir. O da öz milli layihəsi olmayan bir bir imperiyadır. Bu haqda nə vaxtsa heç düşünülməyib də…
Təsadüfi deyil ki, hazırda Qərbdə Rusiyanı "Şər imperiyası" deyə adlandırırlar. "Şər imperiyaları"nın çöküşü isə həmişə ağrılı olur. Bu mənada özünü "Üçüncü Roma", "Bizansın varisi" adlandıran müasir Rusiyanın taleyinin də elə sələflərinin taleyi kimi olacağı, şübhə doğurmur…
P.S. "Müharibələr xəstə dövlətlərin dərmanıdır", deyirlər. XX əsrin əvvəllərində Çar Rusiyasının çöküşü başlayanda imperiya siyasətçilərindən biri "İnqilabın qarşısını almaq üçün bizə kiçik, qalibiyyətli bir müharibə lazımdır" demişdi. Lakin o zamankı rus-yapon müharibəsində ruslar biabırçı məğlubiyyətə uğradılar. Allah Ukraynaya kömək olsun…
İndiki Rusiyanın öz qonşularına və hətta dostlarına qarşı aqresiyasına da bu prizmadan yanaşmaq lazımdır.
Allah bizi şər güclərin şərindən qorusun!
Fərid Şahbazlı
Siyasi şərhçi / azxeber.com

Siyasi     Baxılıb: 369   Tarix: 11 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

İlqar Mikayıloğlunun niyə əməliyyat olunduğu məlum oldu

Aparıcı İlqar Mikayıloğlunun hansı səbəbdən əməliyyat olunduğu məlum olub. KONKRET.azxəbər verir ki, bu barədə "Günə bax" verilişində məlumat açıqlanıb. Bildirilib ki, aparıcının Birinci  Qarabağ müharibəsində yaralanmas

Şahbaz Şərif: İlham Əliyev Qafqazda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır

Pakistan ilə Azərbaycanı dərin kökləri olan qardaşlıq, qətiyyətli qarşılıqlı dəstək telləri bağlayır, xalqlarımızı çalışdıqları qlobal sülh, rifah və dayanıqlı inkişaf dəyərləri birləşdirir.  xəbər verir ki, bunu Pakistanı

Azərbaycan və BƏƏ XİN rəhbərləri Əbu-Dabidə strateji tərəfdaşlığı müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirili

Sadır Japarov: İnanıram ki, Azərbaycan və Ermənistanın uzunmüddətli əməkdaşlığın möhkəm təməlini qoyacaqlar

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan və Ermənistanın uzunmüddətli əməkdaşlığın möhkəm təməlini qoyacaqlarına inandığını bildirib.  xəbər verir ki, o bu barədə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatların

Azərbaycanla BƏƏ arasında enerji və müdafiə sahələrində sənədlər imzalanıb

"Cənub Qaz Dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dai

Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak edib

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və elmi tədqiqatlar naziri vəzifəsini icra edən Abdulrahman Al Avarın dəvət

Sarkisyandan Qarabağ ETİRAFI - "2018-ci ilə qədər..."

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Baş nazir Nikol Paşinyanın KTMT üzvlüyün digər ölkələrdən silah alışına mane olması ilə bağlı iddiasını təkzib edib. xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib. "KTMT-y

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb

İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb.  "The Times of Israel"ə istinadən xəbər verir ki, Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb. Məlumat

Azərbaycan Rusiya səfirinə nota təqdim etdi

6 fevral 2026-cı il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. XİN-dən -a verilən xəbərə görə, Rusiya səfiri ilə görü


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünki xəbərlər son xəbər ən son xəbər xeberler