"Rusiya ilə sülhün müzakirəsi hələ də mümkündürmü?" - Zelenski qətliam törədilmiş Buçada CAVABLADI
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hərbçilərinin geri çəkilərkən dəhşətli qətliam törətdiyi Buça şəhərinə gedib.
KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, Volodimir Zelenski dağıdılmış Rusiya texnikasına baxış keçirib və yerli əhali ilə söhbət edib.
Zelenski bildirib ki, Rusiya hərbçilərinin etdiyi genosiddir və müharibə cinayətidir.
BBC müxbirinin "Rusiya ilə sülhü müzakirə etmək hələ də mümkündürmü?" sualına Zelenski belə cavab verib:
"Bəli, çünki Ukraynaya sülh lazımdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik".
Qeyd edək ki, martın 31-də Buça şəhəri Rusiya işğalından azad edilib. Şəhərə daxil olan Ukrayna hərbçiləri dəhşətli mənzərə ilə üzləşiblər. Məlumata görə, hərbçilər dinc sakinlərin əlləri arxadan bağlanılmış meyitlərini tapıblar. Onların bədənlərində işgəncə izləri aşkarlanıb. Rusiya ordusu Buçadan çıxarkən yaşayış məntəqəsinin hüdudları daxilində mülki tikililəri, infrastruktur obyektlərini və digər əraziləri minalayıb. Qətliamı ABŞ, Fransa, Almaniya və Avropa İttifaqı kəskin qınayıb. Fransa Prezidenti Emmanuel Makron Rusiyanın bu cinayətə görə, mütləq cavab verəcəyini bildirib.
Vəsilə İbrahim,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq