Rusiya nüvə silahından istifadə edəcək? - Vəziyyət ciddiləşir
"Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydeni qabaqladı. ABŞ Prezidenti "Ukraynaya verdiyimiz raketlərlə Rusiyanın içərilərinə doğru zərbə vurmağa icazə verək, yoxsa verməyək" sualına cavab tapana qədər Rusiya lideri ölkəsinin nüvə doktrinasının dəyişdiyini elan etdi".
KONKRET.az xəbər verir ki, bunu siyasi ekspert Elxan Şahinoğlu bildirib:
Ekspert bildirib ki, ABŞ Ukraynaya bəzi məhdudiyyətlər qoya bilər:
"Putin hər hansı dövlətin adi silahlarla Rusiyaya hücum edəcəyi təqdirdə ona qarşı nüvə silahından istifadə edə biləcəklərini açıqlayıb. Yeni doktrinaya görə, Rusiyaya qarşı raket, təyyarə və ya PUA hücumu olarsa, Moskva nüvə silahından istifadə edə bilər. Rusiya Prezidenti bəyan edib ki, bu dəyişikliklər "müasir hərbi təhdidlərə qarşı" edilib. Putinin bu qərarı Ukraynaya ABŞ raketlərindən istifadə məsələsində Kiyevə məhdudiyyət qoya bilər. Ancaq məsələ burasındadır ki, Ukrayna ordusu Rusiya ərazisində – Kursk istiqamətində ABŞ və Avropa ölkələrindən aldığı mərmi və raketlərdən istifadə edir.
Bu halda Putin düyməyə basacaqmı?
Kreml sahibinin hədələri hələ işləmir, ancaq bu o demək deyil ki, Putin Rusiya ərazisində patlayışlara uzun müddət izləyici kimi qalacaq. Putin ətrafındakı şovinistlərdən də çəkinir. Onlar Rusiya ərazisinin bombalanmasına izləyici qalan Putinin zəif lider olmasına eyham vura bilərlər. Təsadüfi deyil ki, Kremlin televiziyadakı əsas ruporu Solovyov Kreml sahibinin istefasına eyham vuran cümlə işlədib. Putinin nüvə doktrinasını dəyişdirməyə ətrafındakı şovinistlərin əhval-ruhiyyəsi də təsir edib. Kreml sahibi son qərarıyla həm də Qərb liderlərinə psixoloji təzyiqi artırmağa çalışıb. Müharibə uzanır və Qərbdə yorğunluq əlamətləri özünü göstərir, bəziləri hətta torpaq itkisi hesabına olsa belə Kiyevə Moskva ilə danışıqlara başlamağı təklif edirlər. Üstəgəl, bəzi Qərb ölkələri Ukraynaya əvvəlki səviyyədə hərbi texnika göndərməkdə çətinlik çəkdiyini açıqlamağa başlayıb. Qərb ölkələrində bu tendensiya güclənərsə, Ukrayna üçün vəziyyət daha da mürəkkəbləşəcək".
Məlik,
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb