Rusiya səfirliyi Fatma Səttarovanın vəfatı ilə əlaqədar başsağlığı verdi
Rusiyanın Azərbaycandakı səfirliyi ictimai xadim, 1941-1945-ci illər Böyük Vətən müharibəsi veteranı, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın vəfatı ilə əlaqədar başsağlığı verib.
KONKRET.az-ın məlumatına görə, səfirliyin sosial şəbəkə hesabında bununla bağlı paylaşım edilib.
"Həyatı əzmkarlıq və Vətənə sədaqət nümunəsinə çevrilmiş Fatma Hüseyn qızı Səttarovanın vəfatı xəbərini təəssüflə aldıq. O, Böyük Vətən müharibəsi illərində tibb bacısı kimi xidmət edərək Moskva, Leninqrad və Stalinqrad yaxınlığında gedən qanlı döyüşlərdə minlərlə insanın həyatını xilas edib. Sovet ordusu ilə birlikdə Macarıstana qədər gedib çıxıb. Müharibədən sonra o, Vətənin rifahı naminə yaradıcı əməklə məşğul olub", – paylaşımda bildirilib.
Diplomatik missiyada qeyd ediblər ki, Fatma Səttarova Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri kimi Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə böyük töhfə verib.
"Fatma Hüseynovanın xatirəsi qəlbimizdə əbədi qalacaq", – səfirlikdən bildirilib.
Xatırladaq ki, Fatma Səttarova bu gün 102 yaşında vəfat edib.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb