Rusiya XİN Polşada ABŞ bazasının açılmasını Vaşinqtonun təxribatçı addımı adlandırıb

Rusiya XİN Polşada ABŞ bazasının açılmasını Vaşinqtonun təxribatçı addımı adlandırıb"ABŞ-nin Polşada raket hücumundan müdafiə bazasının açılması nüvə təhlükəsi səviyyəsinin artmasına gətirib çıxarır. Bu, Vaşinqtonun təxribat xarakterli addımıdır".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu, amerikalıların və onların Şimali Atlantika Alyansındakı müttəfiqlərinin strateji sferada dərin sabitliyi pozan bir sıra fəaliyyətlərində növbəti açıq təxribatçı addımıdır.
"Bu addım NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşdırılması kimi uzunmüddətli dağıdıcı təcrübəyə uyğundur. Bu, obyektiv olaraq strateji sabitliyin pozulmasına gətirib çıxarır və hərbi-siyasi, hərbi-texniki xarakterli digər zərərli tədbirlərlə yanaşı, Rusiyaya və digər nüvə güclərinə güclü təzyiq göstərmək üçün Amerika gücünü ABŞ-nin milli ərazisindən minlərlə kilometr kənara çıxarmaq məqsədi daşıyır. Bu, təbii olaraq strateji risklərin artmasına və nəticədə nüvə təhlükəsinin ümumi səviyyəsinin artmasına gətirib çıxarır", - Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova əlavə edib ki, Polşada Amerikanın raket hücumundan müdafiə bazasının yaradılması demək olar on ilə yaxındır ki, Rusiyanın təhlükəsizlik narahatlığına tam məhəl qoyulmadan davam edir: "Qərbin bu cür hərbi qurğularından yaranan təhlükə səviyyəsinin xarakterini nəzərə alaraq, Polşadakı raket hücumundan müdafiə bazası çoxdan Rusiya tərəfindən potensial məhv edilməsi üçün prioritet hədəflər siyahısına əlavə edilib və bu, lazım gələrsə, müasir silahların geniş spektri ilə təmin edilə bilər".
///apa / azxeber.com

Siyasi       Tarix: 22 noyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı son xəbər hava haqqinda cəbhədən yeni xəbərlər