Rusiyadan Brüssel görüşü ilə bağlı BƏYANAT
"Moskva İrəvanı Qərbin özünü aldatmasına və Ermənistanı yanlış yola salmasına imkan verməməyə çağırır".
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Brüsseldə Ermənistan-ABŞ-Aİ formatında yüksək səviyyəli görüşlə bağlı bəyanatında deyilir.
Rusiya tərəfi görüşü "Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləmək üçün növbəti cəhdi" kimi qiymətləndirir:
"Regiondankənar qüvvələrin Cənubi Qafqazın işlərinə məsuliyyətsiz və dağıdıcı müdaxiləsi, region ölkələri ilə onların qonşuları arasında nifaq salmaq istəyi regionda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün mənfi nəticələnə, yeni ayırıcı xətlərin yaranmasına, habelə gərginliyin idarəolunmaz hala gəlməsinə səbəb ola bilər. Aydındır ki, Qərb Ermənistanı Cənubi Qafqazda özünün təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirmək istəyir".
"Biz bilirik ki, Vaşinqton və Brüssel müvəqqəti vədlər altında Ermənistanın KTMT və AİB-dən çıxmasına, Rusiya hərbi bazasının və sərhədçilərinin çıxarılmasına can atırlar", – məlumatda qeyd olunub.

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi