Saç tökülməsinə, ağrılara və mədə probleminə qarşı TƏBİİ VASİTƏ
Min illərdir istifadə edilən kantaron yağı həm bədən, həm də ruh sağlamlığına müsbət təsiri ilə tanınır.
KONKRET.az pravda.az-a istinadla xəbər verir ki, Avropa və Asiyada yayılmış sarı çiçəkli kantaron bitkisindən əldə edilən bu yağın iki növü mövcuddur: sarı kantaron (qurudulmuş bitkidən) və qırmızı kantaron (təzə bitkidən).
Kantaron yağının faydaları nələrdir?
Kantaron yağı:
Yara, yanıq, sızanaq və eqzema kimi dəri problemlərində;
Göbələk, bakteriya və viruslara qarşı;
Qəbizlik, qaz və şişkinlik kimi həzm pozğunluqlarında;
Soyuqdəymə, şəkər, qaraciyər və öd yolları problemlərində;
Menopoz əlamətlərinin yüngülləşdirilməsində;
Revmatizm, siyatik və aybaşı ağrılarında;
Depressiya, narahatlıq və yuxu pozğunluğunda;
Saç tökülməsinin qarşısını almaqda təsirli ola bilər.
Necə istifadə olunur?
Sarı kantaron yağı: Daxilə qəbul oluna bilər – gündə 1 çay qaşığı ya da ilıq suya qarışdırılaraq içilə bilər.
Qırmızı kantaron yağı: Yara, yanıq və dəridəki problemlərə az miqdarda masajla tətbiq edilir.
Üz və bədən üçün: Yara və sızanaq izlərinə qarşı faydalıdır, amma allergik reaksiyalara qarşı əvvəlcə test edilməlidir.
Saç üçün: Saç dərisinə masaj edərək istifadə edilə bilər.
Mədə problemlərində: Qəbizlik, qaz və şişkinliyi aradan qaldırmaq üçün daxilə istifadə oluna bilər.
Diqqət: Həssas dərili insanlar və dərman qəbul edənlər kantaron yağını istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidir. Əsl kantaron yağı şəffaf, tünd və qatı quruluşda olur. Açıq rəngli və duru olan məhsullarda qarışıqlar ola bilər.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı