Saçqıranlarla mübarizə - Ucların haçalanması hansı xəstəliklərin əlamətidir?

Saçqıranlarla mübarizə - Ucların haçalanması hansı xəstəliklərin əlamətidir?Haçalanan saçlar saç uclarının və ya spiralının ikiyə bölünməsi ilə müşahidə olunur. Bu adətən quru saçlarda meydana çıxır. Saçqıranlı saçlar cansız görünür, dolaşır və zəif olur. Saçların laylanması onların tez qırılmasına, tökülməsinə gətirib çıxarır. 
Milli.Az medicina.az-a istinadən bildirir ki, saçlara düzgün qulluq və onların tez qırılmasına səbəb olan faktorların (stress, balanslaşdırılmamaış qidalanma, bəzi dərmanların qəbulu, qeyri-düzgün boyama, kimyəvi maddələr vasitəsilə burulma, xlorlaşdırılmış su) aradan qaldırılması, problemdən qaçmağa imkan verir.
Haçalanan saçlar patologiya deyil, lakin çox vaxt bu daxili orqanların xəstəliyindən də xəbər verir.
Haçalanan saçların əsas səbəbləri nazik və quru olmasındadır. 20-30 sm-dən uzun olan saçlar ilk növbədə həyat tsiklinin xüsusiyyətlərinə görə haçalanmağa meyillidirlər. Öz çəkisinin ağırlığı, follikullara uzunmüddətli zərərli təsir nəticəsində saçlar öz əsasında haçalanır və strukturu pozulur. Belə ki, saçların yaşam müddəti orta hesabla 7 ildir. Stresslə birdəfəlik yüklənmə, məsələn, pis rəngləmə nəticəsində haçalanan saçlar sizə uzun müddət narahatlıq verə bilər.
Aparılan araşdırmaların nəticələrinə əsasən, kimyəvi maddələr vasitəsilə burulması, temperatur fərqi, əlverişsiz ekoloji şərait onların haçalanmasına gətirib çıxarır. Xlorlaşdırılmış və çirkli su, ultrabənövşəyi şüaların təsiri, bəzi dərman maddələrinin qəbulu, balanslaşdırılmamış qidalanma saçların vəziyyətinə mənfi təsir göstərir. Bir neçə səbəbin kombinasiyası saç uclarının haçalanma ehtimalını artırır. Fenlə qurutma zamanı saç təkcə isti havanın təsirinə deyil, həm də darağın isti dişləri ilə travmaya məruz qalır. Buna görə də saçların qeyri-düzgün qurudulması saç spiralının zədələnməsinə gətirib çıxarır. Haçalanan saçların müalicəsi Saçların haçalanması səbəbinin korreksiyası və xarici defektlərin dəf edilməsinə yönəlmiş kompleks terapiya mütləqdir.
Haçalanan saçların müxtəlif müalicəvi saç kəsimi metodlarından istifadə etməklə kəsilməsi, onların uclarının haçalanmasının qarşısının alınmasına imkan verir. Lakin bu problemi həll etmir. Qida rejimini normallaşdırmaq, saç strukturunun yaxşılaşdırılmasına yönəlmiş kompleks vitaminlər qəbul etmək mühümdür. Saçların uclarına qoruyucu vasitələr sürtməklə onların strukturunun yaxşılaşdırılmasına yönəlmiş müalicə proqramları saçların haçalanmasını azaldır. Follikul zədələndiyindən saçlar haçalanırsa, follikulun sağlamlaşdırılması və yenilərinin böyüməsinin stimulyasiyası saçların ümumi miqdarının artmasına imkan verir. Davamlı nəticə almaq üçün bir neçə il ərzində müntəzəm müalicə keçmək və zədələyici faktorlardan tamamilə imtina etmək lazımdır. Yalnız bu halda yenidən inkişaf etmiş saçlar qırılmağa meyilli olmur.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 02 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa


azerbaycan xeberleri son xeberler yeni xeberler hava durumu azerbaycanda son xeberler metbuat xeberleri xeberler az