Səfər Mehdiyev: "Azərbaycanın zərgərlik sektorunda dövlətlə biznesin birbaşa dialoqu lazımdır"
Azərbaycanın zərgərlik sektorunda dövlətlə biznesin birbaşa dialoqunu qurmaq lazımdır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" adlı konfransda deyib.
Onun sözlərinə görə, idxal əməliyyatlarına yüksək vergi və rüsumların tətbiq olunması qanuni fəaliyyət göstərən şirkətlərin qaçaqmalçılığa üstünlük verməsinə şərait yaradır ki, bu da "kölgə iqtisadiyyatı" ilə mübarizəni çətinləşdirir.
Komitə sədri bildirib ki, zərgərlik sahəsinin nizamlanması mexanizminin mahiyyəti sahibkarlaar üçün əlverişli şəraitin yaradılması, dövlətlə biznesin dialoqunun qurulması, məhsulun qanunsuz dövriyyəsi və daşınması ilə birgə mübarizənin aparılmasındadır və bu da öz növbəsində bu sektorun dinamik inkişafına gətirib çıxaracaq:
"Biz Azərbaycanda zərgərlik sahəsində problemlərin ciddi olduğunu bilirik. Bu problemin həllinə vahid komanda ilə yanaşsaq, zərgərlik sahibkarlığının qanuni və məhsuldar inkişafı mümkün olacaq. Əks halda isə, dövlət və özəl sektor birgə tədbirlər görməsə, bu bazarın inkişafı mümkün deyil".
Milli.Az /news.milli.az

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi