Səfir: "Azərbaycanın əsas ticarət tərəfdaşı qismində İtaliyanın mövqeyini TAP daha da möhkəmləndirəcək"

Səfir: "Azərbaycanın əsas ticarət tərəfdaşı qismində İtaliyanın mövqeyini TAP daha da möhkəmləndirəcək"Milli.Az Trend-in İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə özəl müsahibəsini təqdim edir:
Azərbaycanla İtaliya arasında ticarət münasibətləri
"Trans-Adriatik boru kəmərinin (TAP) istifadəyə verilməsi ilə ölkələrimiz arasında ticarətin həcmi əhəmiyyətli dərəcədə artacaq. İtaliya təkcə neft üzrə Azərbaycanın birinci ticarət tərəfdaşı olmayacaq, həm də Türkiyədən sonra təbii qazın ikinci ən böyük idxalçısı olacaq. Biz əminliklə deyə bilərik ki, bu, Azərbaycanın əsas ticarət tərəfdaşı qismində İtaliyanın mövqeyini daha da möhkəmləndirəcək. Eyni zamanda İtaliya Azərbaycanla böyük ticarət kəsirinə də malikdir. Ona görə də biz növbəti bir neçə ili İtaliya şirkətlərinin Azərbaycanda mövqelərinin möhkəmləndirilməsi üçün vacib imkan kimi nəzərdən keçiririk".
Səfir qeyd edib ki, Azərbaycan iqtisadiyyatının artması ilə orta təbəqə də artır və bu, minlərlə ixracatçı şirkət üçün yeni imkanlar yaradır:
"Mən 2018-ci ilin iyulunda İtaliya prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Sumqayıt polipropilen zavodunun birgə açılışını xatırlatmaq istərdim. Bu, qarşılıqlı uğurun və möhkəm tərəfdaşlığın əsaslandığı qarşılıqlı əməkdaşlıq növüdür".
TAP layihəsi enerji əməkdaşlığının yeni səhifəsi kimi
A.Massari bildirib ki, TAP layihəsinin reallaşdırılması plana uyğun davam edir və yanvarın sonuna olan vəziyyətə görə, layihənin 92 faizi başa çatıb:
"Boru kəmərinin İtaliya seqmentində işlər sürətlə davam edir. Biz ilk Azərbaycan qazının payızda İtaliyaya daxil olmasını gözləyirik. Layihənin İtaliya və Aİ-yə qaz tədarükünün şaxələndirilməsində və təmiz enerjiyə keçidin sürətləndirilməsində rolunu nəzərə alaraq İtaliya hökuməti uzun illər ərzində bu layihəni dəstəkləyib".
Səfir deyib ki, İtaliya böyüklüyünə görə Avropada ikinci istehsal sektoruna malikdir, amma ehtiyacı olduğu enerji həcminin çox kiçik hissəsini istehsal edir:
"TAP-ın ilkin qaz tədarükü həcmləri tələbatın müəyyən hissəsini qarşılasa da, bizim bazar daha çox tələb edə bilər. Mən bilirəm ki, bununla bağlı bir neçə variant, o cümlədən Trans-Anadolu boru kəməri mövcuddur, amma yəqin ki, bu məsələ ilə bağlı müzakirələr ilkin mərhələdədir".
Energetika çərçivəsindən kənara çıxan əməkdaşlıq
Səfirin sözlərinə görə, Azərbaycan şaxələndirmənin və daha çox şəffaflığın üstünlüklərindən ticarət və sənaye inkişafı baxımından yararlana bilər:
"İtaliya öz növbəsində sənaye sahəsindəki təcrübəsi sayəsində bütün sektorlarda kömək təklif edə bilər. Ona görə də biz prezidentimizin Azərbaycana səfərindən sonra sadə, amma ambisiyalı konsepsiya işə saldıq: "Neft və qaz hüdudlarından kənarda". Bununla belə, biz başa düşürük ki, idxal sayəsində, eləcə də Azərbaycanda işləyən İtaliya şirkətləri sayəsində hasilat sənayesi diqqət mərkəzində qalacaq".
A.Massari qeyd edib ki, kənd təsərrüfatı əməkdaşlığın ən perspektivli əsas sahələrindəndir:
"Təkcə 2019-cu ildə bizim bu sahədə bir çox vacib nailiyyətlərimiz olub. Bu sektorda məşğul olan bir çox şirkətlər beşinci gün Romada keçiriləcək biznes forumda iştirak edəcək".
Səfir deyib ki, bərpa olunan enerji mənbələri, suyun və torpağın rekultivasiyası və ekoloji təmiz texnologiyalar sahəsində də çox iş görmək olar:
"Biz infrastruktur sahəsində də vacib imkanlar görürük və bu sahədə Azərbaycan böyük ambisiyalar nümayiş etdirir. Bundan başqa, yaradıcılıq və dizayn sahəsini də diqqətdən kənar qoymaq lazım deyil. Bir neçə ay əvvəl Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində Azərbaycan-İtaliya Dizayn Mərkəzi açılıb. Bu, Qafqazda dizayna həsr olunmuş ilk akademik mərkəzdir".
İnvestisiya imkanları
"Fikrimcə, əgər neft-qaz sektorunun hüdudlarından kənara baxsaq, xarici iştirakçıların gələcək investisiyaları üçün nəhəng potensial görərik. Biz Azərbaycanda işgüzar mühitin yaxşılaşması məqsədilə hökumət tərəfindən keçirilən islahatları diqqətlə izləyirik. Yaxşı logistika da investisiyalara xidmət edir və mən hökumət tərəfindən görülən səyləri qiymətləndirirəm. Liman sənayesinə gəldikdə isə qeyd edim ki, İtaliyanın "DBA Group" şirkəti bir neçə il ərzində Ələt terminalında IT infrastrukturunun yaradılması üçün Bakı limanına kömək edib".
Azərbaycanın Aİ ilə münasibətlərinin möhkəmlənməsində İtaliyanın rolu
Səfir bildirib ki, iki ölkənin münasibətləri iqtisadi amillə məhdudlaşmır:
"Bu münasibətlər bir neçə əsr əvvəl yaranıb və bu gün xalqlar arasındakı dostluqla, qarşılıqlı turist axınının artması ilə, azərbaycanlıların "Made in İtaly" məhsullarına və İtaliya həyat tərzinə sevgisi ilə, eləcə də italyan mədəniyyətinə artan marağı ilə xarakterizə olunur. İtalyan dili Bakıda üç universitetdə tədris olunur. Daha çox italiyalı Azərbaycanı həm mədəni istiqamət, həm də iş yeri kimi qiymətləndirir. İtaliya Azərbaycanın Aİ ilə münasibətlərinin möhkəmlənməsi üçün səy göstərir. Bu baxımdan Aİ ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin imzalanması əsas məqsəddir. Bundan başqa, Azərbaycanın NATO ilə tərəfdaşlığını unutmaq lazım deyil. Bizim əsas məqsədlərimiz təkcə ikitərəfli xarakter daşımır: biz Bakının Avropa ölkələri və təşkilatları ilə möhkəm və qarşılıqlı səmərəli əlaqələri dəstəkləmək niyyətini görürük, qiymətləndiririk və dəstəkləyirik".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 19 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c


son xeberler azerbaycan xeberleri yeni xeberler son.xabar valyuta sonxeber.az krimnal xeber