Səfir: "Danimarka ilə Azərbaycanın liman sahəsində əməkdaşlıq üçün böyük perspektivləri var"
"Danimarka ilə Azərbaycanın liman sahəsində münasibətlərinin inkişaf perspektivləri böyükdür".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Svend Ollinq deyib.
O bildirib ki, Danimarkanın liman sənayesində təcrübələri və innovasiyaları məşhurdur:
"Danimarka şirkətləri öz tərəfdaşlarına sahilyanı zonaların, planlaşdırma və limanların layihələndirilməsi sahəsində biliklərini təqdim edir".
Ticarət münasibətlərinin cari vəziyyətindən danışan səfir deyib ki, uzun illər ərzində Danimarkadan Azərbaycana ixracın böyük hissəsini əczaçılıq preparatları təşkil edir və ölkə bu sahədə ticarətin səviyyəsinin qorunmasında maraqlıdır:
"Bundan başqa, "Carlsberg" pivəbişirmə şirkətimiz Azərbaycanda özünü tanıda bilib. Danimarka şirkətləri bu sektorlarda Azərbaycan şirkətləri və distribütorları ilə sıx əməkdaşlıqda maraqlıdır".
S.Ollinq, həmçinin turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu deyib:
"Azərbaycan çox maraqlı tarixə malik ölkədir, insanları da xüsusilə qonaqpərvərdir. Bundan başqa, Bakı çox gözəl müasir şəhərdir və turistlər bir çox rekreativ imkanlar təqdim edir. Danimarkaya gəldikdə isə Kopenhagen 2020-ci ildə səyahət üçün ən yaxşı yerlərdən biri hesab olunmuşdu. Biz bütün dünyadan, o cümlədən Azərbaycandan turistləri qarşılamaqdan məmnunuq".
Milli.Az /news.milli.az

Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi