Səhər acqarına bir stəkan su içmək faydalıdırmı?

Səhər acqarına bir stəkan su içmək faydalıdırmı?Səhər acqarına bir stəkan su içməyin həzmi yaxşılaşdıra biləcəyi fikri çox populyardır. Lakin əslində bu, həzmə heç bir təsir göstərmir, hətta onu çətinləşdirə bilər. 
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Aliya Useyeva Gazeta.ru-ya danışıb.
Səhər içilən bir stəkan suyun həzm proseslərini aktivləşdirmək üçün katalizator rolunu oynadığı fikri orqanizmin təmizlənməsinin qədim ənənələrindən qaynaqlanır.
"Həzm funksiyası sadəcə maye qəbulu ilə məhdudlaşmır. O, qidanın mədəyə daxil olması ilə başlayır ki, bu da ağız suyunun və həzm fermentlərinin ifrazına səbəb olur. Əslində, bir stəkan su özlüyündə bu prosesə əhəmiyyətli təsir göstərə bilməz. Şəxsən mən müşahidə etmişəm ki, bu tövsiyəyə əməl etməyə çalışan bəzi xəstələr bəzən qarında narahatlıq və ya ağırlıq hiss edirlər. Səhər yeməyindən əvvəl həddindən artıq su içmək, hətta həzmi çətinləşdirə bilər", – deyə həkim bildirib.
Onun sözlərinə görə, həzmi asanlaşdırmaq üçün mayeni yeməkdən əvvəl deyil, yemək zamanı içmək lazımdır.
"Hər insanın öz xüsusiyyətləri var və bunu nəzərə almaq vacibdir. Məsələn, qastroezofageal reflüksü olan insanlar üçün xoşagəlməz hisslərin qarşısını almaq üçün qidalanma zamanı maye qəbulunu məhdudlaşdırmaq daha faydalı ola bilər. Digər tərəfdən, müsbət məqamlar da var. Bir çox xəstələr mənə bildiriblər ki, səhər içilən bir stəkan su onların özlərini daha gümrah hiss etmələrinə kömək edir, ümumi əhvali-ruhiyyəni yaxşılaşdırır", – deyə həkim qeyd edib.
Digər üstünlüklər arasında səhər tezdən maye qəbulunun orqanizmin nəmlənməsinə və böyrəklərin işinin yaxşılaşmasına kömək etməsi, həmçinin toksinlərin xaric olunmasını sürətləndirə bilməsi qeyd olunur.
"Beləliklə, acqarına içilən bir stəkan su həzm proseslərini yaxşılaşdırmaq üçün universal vasitə deyil, lakin əhvali-ruhiyyəyə müsbət təsir göstərən xoş səhər vərdişinə çevrilə bilər. Öz bədəninizi dinləmək və onun tələblərinə uyğun hərəkət etmək vacibdir", – deyə Useyeva yekunlaşdırıb.//Oxu.az

Sağlamlıq       Tarix: 14 dekabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər cəbhədən canlı sonxəbər son xəbərlər