Səhiyyə Nazirliyi bu şəxslərə xəbərdarlıq etdi
Səhiyyə Nazirliyi respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində qanunsuz dezinfeksiya işləri aparan şəxslərə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Səhiyyə Nazirliyinin təsdiq olunan Əsasnaməsinə uyğun olaraq respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində dezinfeksiya tədbirləri (profilaktik və ocaqlı dezinfeksiya) nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya rayon gigiyena və epidemiologiya mərkəzləri, rayon/şəhər dezinfeksiya idarələri tərəfindən həyata keçirilir:
"Lakin son zamanlar Bakı şəhərinin bir sıra rayonlarında özlərini Səhiyyə Nazirliyinin "Azərbaycan Respublikası Gigiyena və Sanitariya Xidməti İdarəsi"nin əməkdaşları kimi təqdim edən bəzi şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların və əsassız dezinfeksiya işlərinin aparılması, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir. Qeyd edək ki, Səhiyyə Nazirliyinin tabeliyində "Azərbaycan Respublikası Gigiyena və Sanitariya Xidməti İdarəsi" adlı qurum mövcud deyil və o qurumun təqdim etdiyi blanklarda nazirliyin adından əsassız şəkildə istifadə edilir".
Məlumatda vurğulanıb ki, Azərbaycandsa fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamaların aparılması Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununla tənzimlənir. Belə ki, bu qanuna əsasən yoxlamalar yalnız Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla bilər:
"Qeyd olunanları nəzərə alaraq, fərdi sahibkarlar və sahibkarlıq subyektlərinin rəhbərlərinin nəzərinə çatdırırıq ki, yoxlama aparmaq üçün müvafiq icazəsi olmayan və özünü Səhiyyə Nazirliyinin qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər və belə neqativ hallarla rastlaşdıqda nazirliyin 9103, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qaynar xətlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir", – deyə məlumatda qeyd olunub.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var