Səhiyyə Nazirliyi meymunçiçəyi ilə bağlı məlumat yaydı - Yoluxan var?

Səhiyyə Nazirliyi meymunçiçəyi ilə bağlı məlumat yaydı - Yoluxan var?Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.
KONKRET.azxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur.
Qeyd edilib ki, meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir.
Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.
Məlumatda bildirilib ki, infeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.
"Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir", – deyə nazirlik məlumat yayıb.

Sağlamlıq       Tarix: 22 avqust 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kolbasa və sosiska alarkən diqqətli olun: Bu əlamətlər təhlükədən xəbər verir

Son günlər Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Malakanka" MMC-yə məxsus müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsullarının aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəm

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Vərəm xəstələrinə görüntülü zəng məcburiyyəti: NECƏ OLACAQ?

Vərəm xəstələrinin dərman qəbuluna nəzarət məqsədilə görüntülü zənglər vasitəsilə yoxlanılması bəzi pasiyentlərin narazılığına səbəb olub. Belə ki, evində internet olmayan, yaxud internet paketi almağa maddi imkanı çatmaya

Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi

Artıq bir sıra dünya ölkələrind göbələk mövsümü qızğın dövrünü yaşayır. Lakin mütəxəssislər meşələrdə göbələk toplayanları diqqətli olmağa çağırırlar. xəbər verir ki, Almaniya Federal Risklərin Qiymətləndirilməsi İnstitutunu

Bir böyrəklə ömürlük yaşamaq mümkündür? Həkimdən AÇIQLAMA

Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini bağışlaması orqan transplantasiyası və donor sağlamlığı ilə bağlı bir sıra sualları gündəmə gətirib. Bir insanın bir böyrəklə ömrünün sonuna qədər yaşaması mümkündürmü

Uşaqlarda bu hal təhlükəlidir - DİQQƏT

Qrip və soyuqdəymə kimi yuxarı tənəffüs yollarının infeksiyaları, xüsusilə uşaqlarda orta qulaq iltihabına səbəb ola bilər. Vaxtında müalicə olunmadıqda isə bu xəstəlik nadir hallarda meningit və beyin absesi kimi ciddi fəsadlarl

Arıqlama iynələrini dayandıranda nə olur?

Arıqlamaq üçün istifadə olunan "Ozempic", "Wegovy" və "Mounjaro" kimi preparatları dayandıran şəxslər itirdikləri çəkinin böyük hissəsini yenidən geri ala bilərlər. KONKRET.azxəbər verir ki

Qrip olanlar bu çayları içir, amma... – Həkimdən mühüm AÇIQLAMA

Qripə yoluxan zaman bir çox insan dərman preparatları ilə yanaşı, müxtəlif bitkilərdən hazırlanmış çaylara da üstünlük verir. Cökə, zəncəfil, adaçayı, kəklikotu və çobanyastığı kimi bitki dəmləmələrinin immuniteti gücləndirdiyi


azerbaycan xeberleri son xeberler yeni xeberler bugünkü son xəbərlər cəbhədən xəbər sonxeber xeberler bu gun