Səhiyyə Nazirliyi "Omikron"la bağlı əhaliyə yenidən çağırış etdi
Səhiyyə Nazirliyi "Omikron"la bağlı əhaliyə yenidən çağırış edib.
KONKRET.az xəbər verir ki, çağırışda koronavirusun "Omikron" mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlardan səhiyyə qurumlarının müəyyən etdiyi virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmək xahiş olunub.
Qeyd olunub ki, maska taxılmalı, tez-tez əllər yuyulmalı və ya antiseptik vasitələrdən istifadə edilməli, fiziki məsafə saxlanılmalı, insanların sıx toplaşdığı yerlərdən uzaq durmalı, vaksin olunmalı, virusa yoluxduğunuz halda özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid etməli, təcrid olunan yeri tez-tez havalandırmalı, gün ərzində 2 dəfə bədən hərarəti ölçülməli, bol maye qəbul edilməlidir. Eyni zamanda yataq rejiminə riayət edilməli, hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edilə bilər.
Bundan başqa, 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) narahat edici olarsa, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verilməli, ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durulmalı, qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul edilməməli, orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmamalıdır.
"Vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici ("buster") doza ilə vaksin olunmağa çağırırıq" – məlumatda qeyd olunub.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto