Səhiyyə Nazirliyi "Omikron"la bağlı yenidən əhaliyə müraciət etdi
Səhiyyə Nazirliyi "Omikron"la bağlı yenidən əhaliyə müraciət edib.
KONKRET.az xəbər verir ki, nazirliyin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva koronavirus infeksiyasına qarşı ən yüksək müdafiənin peyvənddən sonra yaranan anticisimlərin verdiyini xatırladıb.
O qeyd edib ki, "Omikron" ştamına yoluxanlar, xüsusilə də peyvənd olunanlar xəstəliyi daha yüngül keçirirlər:
"Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin elmi araşdırmaları göstərir ki, vaksinin buster dozası 50 yaşdan yuxarı insanlarda "Omikron" ştamına qarşı müdafiəni 95 faiz artırır. Eyni zamanda, vətəndaşlarda yeni ştama görə xəstəxanaya düşmək riskini 88 faiz azaldır. Araşdırmalara görə, yeni ştamın inkubasiya dövrü daha qısadır, lakin "Omikron"la təkrar yoluxma riski "Delta" virusla yoluxmadan bir neçə dəfə çoxdur".
Nazirlik rəsmisi bildirib ki, yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir:
"Xatırladım ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı" fevralın 15-dən etibarlı hesab edilməyəcək. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da (fiziki məsafənin gözlənilmasi, maskalardan istifadə və gigiyenik qaydalar) riayət olunmalıdır".
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto