Səhiyyə Nazirliyi uşaqların immunizasiyası üzrə yeni təlimat təsdiqlədi
Azərbaycan Respublikasının səhiyyə nazirinin müvafiq Əmri ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə hazırlanan uşaqların immunizasiyası üzrə yeni Təlimat təsdiqlənib.
Bu barədə KONKRET.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu təlimat ölkədə həyata keçirilən İmmunizasiya Proqramının əhəmiyyətli şəkildə genişləndirilməsinə təkan verəcək. Təlimatda vaksinasiyaya əks-göstərişlər və ilk dəfə olaraq gecikmiş peyvənd cədvəli haqqında müasir məlumatlar verilir. O, həmçinin peyvəndin saxlanması və daşınması, peyvənddən sonra baş verə biləcək əlavə təsirlər, peyvəndin tətbiqi üsulları daxil olmaqla keyfiyyətli immunizasiya xidmətlərini təmin etmək üçün ilkin səhiyyə xidməti səviyyəsində tələb olunan bütün məlumatları özündə ehtiva edir.
Təlimatda ölkədə tətbiq olunan profilaktik peyvəndlər təqvimində əksini tapmayan vaksinlər haqqında da qısa məlumat verilir. Bu da Azərbaycanda vaksinasiya səylərinin əhatə dairəsinin genişləndirilməsinə önəm verilildiyini nümayiş etdirir. Təlimatdakı müasir yanaşmaların təcrübəyə inteqrasiya olunması vaksinlər və immunizasiya xidmətləri ilə bağlı yanlış fikirlərin aradan qaldırılmasına kömək edəcək. Bununla da immunizasiya ilə əhatə səviyyəsinin yüksəlməsinə, həmçinin immunizasiyada bərabərlik məsələlərinin həllinə müsbət təsir göstərəcək.
Yeni təlimat vaksinlə qarşısı alına bilən xəstəliklərdən qorunmaq məqsədilə davam etdirilən səylərimizdə mühüm addımdır. Bu vəsait tibb işçilərinə əsaslandırılmış qərar qəbul etmək və uşaq əhalisini mümkün olan ən keyfiyyətli immunizasiya xidmətləri ilə təmin etmək imkanı yaradacaq.
Azərbaycanda immunizasiya xidməti göstərən tibb işçiləri üçün yeni vəsait gündəlik təcrübədə əsas istinad mənbəyi kimi istifadə olunaraq immunizasiya xidmətlərinin təhlükəsizlik və səmərəlilik standartlarına uyğun aparılmasını təmin edəcək.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var