Sən tənhasan, sənə çip qoymayacaqlar

Sən tənhasan, sənə çip qoymayacaqlarSən tənhasan, sənə çip qoymayacaqlar!
Qan Turalı yazır...
"Üç günə zəlzələ olacaq"dan tutun, "bizə çip qoyacaqlar"a qədər hər cür yalanın özünə çox asanlıqla tərəfdar tapdığı bir dünyada yaşayırıq. Bu el ilə (dünya ilə) bir gələn bəladır, ancaq toy-bayram deyil. 
Kütlənin hadisələrə reaksiyası bir çox hallarda tələsik və anidir. Misal üçün, Türkiyədəki zəlzələdən bir ay keçib ancaq zəlzələ haqqında düşünən demək olar ki, qalmayıb. Ancaq bu bir ay ərzində binaların təhlükəsizliyindən tutmuş, zəlzələ proqnozlarına qədər hər şey müzakirə edilirdi.
"Müzakirə edilirdi" sözü nəzakətlə deyilib, əslində isə isterik hay-küylər vardı, vəssalam. Bu isterik ovqat içində "həyət evlərinin nə qədər təhlükəsiz olduğu"ndan tutmuş, Bakıda 8 bal zəlzələ olacağına qədər hər cür yalan cövlan edirdi. 
İndi isə hər şey unuduldu və kütlə adi yaşayışına geri qayıtdı. Pandemiya vaxtı da belə olmuşdu, zəlzələdə də belə oldu. Həmişə də belə olacaq.
Ancaq bəşəriyyət kimi sahib olduğumuz ən dəyərli sərvət elmdir. Atatürkün də dediyi kimi elm ən həqiqi mürşiddir. Bəs elm insanların stres, isterika anındakı hissləri, təsəvvürləri ilə bağlı nə deyir?
"Eksperimental sosial psixologiya jurnalı"nda çap edilən bir araşdırma insanların stresli zamanlarında batil inanclara, konspirologiya nəzəriyyələrinə daha çox inandığını ortaya çıxarır. (Konspirologiya nəzəriyyələri  hər hansı bir hadisə haqqında ictimaiyyətdən saxlandığı iddia edilən məlumatlarla, gizli məlumatlara və ya hadisənin arxasındakı görünməyən güclərlə əlaqələndirilən alternativ şərhlərə verilən addır. "Bizə çip qoyacaqlar" kimi)
Araşdırma iki mərhələ üzrə aparılır. Birinci mərhələdə, eksperimentdə iştirak edənlərin özlərini nə qədər tənha hiss etdikləri öyrənildi.
Bu məlumatlar aşkarlandıqdan sonra təcrübədə iştirak edənlərdən üç konspirasiya nəzəriyyəsinə münasibət bildirmələri xahiş edildi. Həmin üç məsələ isə bunlar idi:
Dərman şirkətləri bir çox xəstəliklərin dərmanlarını tapıblar, ancaq açıqlamırlar.
Bəzi dövlətlər xalqı nəzarətə almaq üçün şüuraltı, sublinimal mesajlar verirlər.
Bermud üçbucağında paranormal hadisələr baş verir.
İki mərhələdə toplanan məlumatlar müqayisə edildiyi vaxt isə özlərini daha çox tənha hesab edənlərin konspirologiya nəzəriyyələrinə daha çox inandığı üzə çıxdı. Başqa sözlə desək, insan nə qədər tənhadırsa yalanlara da o qədər çox inanır. 
Streslə bağlı araşdırma isə İngiltərədə aparılıb. 20-78 yaşlarında olan 400 nəfərə iki saxta nəzəriyyə təqdim edilib. Birincisi, Aya insanların həqiqətən getmədiyi, digəri isə ABŞ zəncilərinin lideri Martin Lüter Kinqin ABŞ dövləti tərəfindən öldürüldüyü kimi. 
Bu suallara cavab alındıqdan sonra iştirakçıların son atı aydakı stres səviyyələri öyrənilib. Və stres səviyyəsi artdıqca insanların konspirologiya nəzəriyyələrinə daha çox inandığı üzə çıxıb. Bu tədqiqatın rəhbəri Svami nəticələri belə izah edir: "Stresli vəziyyətlərdə insanların analitik düşünmə qabiliyyəti korşalır". 
"Psychology Today" jurnalında dərc edilən bir araşdırma konspirologiya nəzəriyyələrinə inananların sosial profilini aşkara çıxardır. İki il çəkən və yüzlərlə insanın iştirak etdiyi təcrübədə rəyi soruşulanların dörddə biri hər şeyin arxasında gizli, qurama, sirli-sehrli bir qüvvə olduğuna inandıqlarını bildiriblər. 
Araşdırma bu 25 faizi sosial profilini belə müəyyən edib:  Aztəminatlı, aztəhsilli, etnik azlığa mənsub, psixoloji vəziyyəti pis olan və həyatlarının bir neçə dövründə intihar barədə düşünmüş olan insanlar. 
Jurnal araşdırmaya verdiyi şərhdə bu sahədə daha çox tədqiqat aparılmasının zəruriliyini qeyd etdikdən sonra belə bir məqamı da vurğulayır: "Əsl səbəb isə insanların konspirologiya nəzəriyyələri ilə bağlı mövzularda çox az şey bilmələridir".
Bəli, insanların azsavadlı olmaları problemin əsas cəhətidirsə stresli, psixoloji cəhətdən gərgin vəziyyətlərdə hər cür yalanlara inanmaları da həqiqətdir. Başqa sözlə desək, nadanlıqla tənhalığın qarşılaşması təhlükəlidir.  / oxu.az

Maraqlı       Tarix: 07 mart 2023
f Paylaş

Oxşar xəbərlər

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 enson xeberler cəbhədən ən son xəbər bugun xeberler