Sərhəddə toqquşma: Pekin niyə narahatdır?

Sərhəddə toqquşma: Pekin niyə narahatdır?Ötən ilin sonunda Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında silahlı qarşıdurmada hər iki tərəfdən itkilər qeydə alınıb. Pakistan bu toqquşmalarda 19 hərbçisini itirib. Əfqanıstanın Xost və Paktiya vilayətlərinin Pakistanla sərhədində iki ölkə sərhəd qüvvələri arasında toqquşmalar bir neçə gün davam edib. Əfqan qüvvələr Pakistan qüvvələrinə məxsus nəzarət məntəqələrini yandırıblar. Bundan başqa əfqan qüvvələrin Pakistan qüvvələrinə məxsus iki nəzarət məntəqəsini ələ keçirdiyinə dair xəbərlər yayılıb.
KONKRET.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Pakistan rəhbərliyi ilə Əfqanıstanda hakimiyyətdə olan Taliban bir-birlərini ittiham ediblər:
"Kabil iddia edir ki, Pakistan hərbçiləri Talibanın bazalarına zərbələr endirib və bu zaman 49 mülki insan həlak olub. Pakistan və Əfqanıstan hərbçiləri arasında sərhəddə toqquşmalar az qala hər il qeydə alınır. 2023-cü ilin fevral ayında Əfqanıstan-Pakistan sərhədində yerləşən "Torxam" sərhəd keçid məntəqəsi yaxınlığında da silahlı toqquşmalar bir neçə gün davam etmişdi. Pakistan baş verən insidentə görə Əfqanıstanı ittiham edib. Kabildən yayımlanan açıqlamada isə Pakistana hücumlarına qarşı cavab zərbəsi endirildiyi bildirilib. Öz növbəsində Pakistan Əfqanıstan tərəfdə gizlənən terrorçulara zərbə endirildiyini açıqlayıb".
Politoloq vurğulayıb ki, Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Pakistanla münasibətlərdə gərginlik yaşayır:
"Halbuki, Talibanın yaranışında Pakistanın dəstəyi olub. Ancaq Əfqanıstan ərazisindəki "Pakistan Talibanı" (Təhriki Pakistan) adlanan terrorçu qrup Pakistanın sərhəd məntəqələrinə hücumlar təşkil edir. Bu zaman Pakistan Əfqanıstan ərazisindəki həmin qüvvələrin yerləşmə yerlərinə zərbələr endirir. Bu zaman hər iki tərəfdən itkilər olur.
Problem ondadır ki, Taliban Əfqanıstanda hakimiyyətdə olsa da, ölkə ərazisindəki müxtəlif silahlı qrupların tamamına nəzarət etmir. Əfqanıstan ərazisində isə müxtəlif silahlı qruplar mövcuddur ki, onlar Talibana tabe deyillər və həmin qruplar qonşu ölkələr üçün təhlükə mənbəyidir. Pakistan-Əfqanıstan gərginliyi ən çox Pekini narahat edir. Çünki, Çinin həm Pakistana, həm də Əfqanıstana yatırımları mövcuddur. Buna görə də iki ölkə arasındakı gərginlik Pekini ciddi narahat edir".

Siyasi       Tarix: 03 yanvar 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber az cəbhədən son görüntülər sosial yardim son xeberler 2026