Sərhədimizin yaxınlığında qarşıdurma olacaq - Hansı ölkə parçalanacaq?

Sərhədimizin yaxınlığında qarşıdurma olacaq - Hansı ölkə parçalanacaq?Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkiləri bu ölkənin parçalanması təhlükəsini yaradıb. "Gürcü arzusu" partiyasının rəqibləri hesab edir ki, iqtidar hakimiyyəti qazanmaq üçün hər şeyi edəcək, hətta zorakılığa əl atacaq. Lakin bunun Qərbdən uzaqlaşan və müstəqil xarici siyasət yürütməyə çalışan hakimiyyətə qarşı öncədən anti-rəyin yaradılmasına hesablanmış iddialar olduğu da istisna edilməməlidir.
KONKRET.az xəbər verir ki, artıq Qərbdə Gürcüstanı öz orbitində saxlamağın yolları axtarılır.
"Financial Times" (FT) nəşrinin "Qərb liderləri Gürcüstanda genişmiqyaslı böhran olacağı təqdirdə plan hazırlamalıdır" qeydi də bundan xəbər verir.
"Tbilisidə atmosfer gərgindir. Bəzilərinə görə bu vəziyyət 2012-ci ili – İvanişvilinin Saakaşvilini məğlub etdiyi seçkini xatırladır. Saakaşvilinin hakimiyyətə gəlişindən sonra Gürcüstanda ciddi demokratikləşmə olsa da, təhlükəsizlik problemləri yarandı. Nəticədə Rusiya 2008-ci il müharibəsinə başlayaraq, Gürcüstana müdaxilə etdi. İndi eyni ssenarilərin bu və ya digər formada İvanişvili dövründə təhkrarlanması riskləri var. Bu yaz on minlərlə QHT "xarici agentlər" haqqında qanuna etiraz olaraq küçəyə çıxsa da, hökumət qanunu qəbul etdi. Bununla yanaşı, LGBT təbliğatına qarşı qanunların sərtləşməsi də faciəli vəziyyət yaradıb", – nəşr yazır.
Nəşr qeyd edir ki, Gürcüstan müxalifəti seçkidə qalib gələcəklərinə ümid edir: "Lakin səsvermə təkcə Tbilisidə keçirilsəydi, bu, belə olardı. Bölgələrdə vəziyyət fərqlidir. Misal üçün, Türkiyə ilə sərhəddə yerləşən kiçik Axalsix şəhərində yerli sakinlər hakim partiyanı dəstəkləyir".
FT seçki dövründə Gürcüstanda bir neçə ssenari proqnozlaşdırır.
"Birincisi, "Gürcü arzusu" qalib gələrsə, siyasi oriyentasiyası Qərbdən daha da uzaqlaşacaq.
İkincisi, "Gürcü arzusu" məğlub olarsa, hakimiyyəti saxlamaq üçün müxtəlif variantlara əl ata bilər.
Üçüncüsü, Qərb "Tbilisi Maydanı" təşkil edə bilər, lakin bu, daha çox Rusiyanın iddiasıdır", – nəşr qeyd edir və əlavə edir ki, oktaybr seçkiləri Gürcüstanda siyasi-sosioloji parçalanmanı dərinləşdirəcək.
Tbilisidə baş verənlər Azərbaycan üçün də xüsusilə əhəmiyyətlidir. Təkcə ona görə yox ki, bu ölkə ilə qonşuyuq, həm də Gürcüstan seçkilərinin nəticələri Cənubi Qafqazda qüvvələr balansını müəyyənləşdirə bilər. "Gürcü arzusu" qalib gələrsə, Qərb bölgədə ciddi təsir itkisi ilə üzləşəcək, yaxud itirmək perspekti ilə üz-üzə qalacaq. Bu halda Tbilisidə "rəngli inqilab" ssenarisinin təkrarlanması gündəmə gələ bilər. Buna paralel olaraq, "Gürcü arzusu" da hakimiyyəti qorumaq və müstəqil xarici siyasi kursu davam etdirmək üçün əlindən gələni etməyə çalışacaq ki, nəticədə qarşıdurma dərinləşə bilər. Baş verənlər oktyabr ayında Azərbaycanın qonşuluğunda ciddi qarşıdurmaların yaşanacağından xəbər verir.//Publika.az

Siyasi       Tarix: 12 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son görüntülər xeberler bugun krimnal bugun xeberler