Şimal Kipr Prezidenti: Bakı ilə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib

Şimal Kipr Prezidenti: Bakı ilə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənibAzərbaycanla dostluq və qardaşlıq münasibətlərimiz, birgə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib və bu məni çox xoşbəxt edir.
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib.
Ölkə başçısı türk xalqlarının birliyinin zəruriliyinə diqqət çəkib və Azərbaycanın ölkə başçısı Prezident İlham Əliyev arasında çox səmimi, məhsuldar münasibətlər olduğunu bildirib: "Prezident İlham Əliyev məni iki dəfə Bakıya dəvət edib. Azərbaycanla möhkəm dostluq və qardaşlıq münasibətlərimiz, birgə əməkdaşlığımız son vaxtlar daha da möhkəmlənib və bu məni çox xoşbəxt edir. Mən bu münasibətlərə çox böyük dəyər verirəm".
"Güclü türk dünyasına ehtiyacın olduğunu" deyən Ersin Tatar Prezident İlham Əliyevin də onunla "görüşlərində hər zaman buna vurğu etdiyinə" diqqət çəkib:
"İlham Əliyevin "Türk dünyası, türk birliyi güclü olsa, biz də güclü ola bilərik" fikri ilə tamamilə razıyam. Hər iki lider – Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti Əliyevin birgə səyləri nəticəsində türk dünyası sözün əsl mənasında güclənib. Mən hər iki prezidentlə söhbətlərimdə deyirəm ki, biz bir millət, üç dövlətik. Biz bir-birimizi xalqımızın daha gözəl və parlaq gələcəyi üçün dəstəkləyirik. Şimali Kipr Türk Cümhuriyyəti olduqca kritik bir bölgədədir, resursların sonu, hərbi və təhlükəsizlik məsələlərinin bir qədər qarışıq olduğu problemlərlə sərhədlənib. Bizim türk dünyasının dəstəyinə ehtiyacımız var".
Prezident BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsindəki görüşlərində Kipr məsələsinin həlli üçün apardığı danışıqlardan söz açıb: "Təəssüf ki, bir çoxu reallıqları görmək istəmir. Onlar düşünürlər ki, Kipr Respublikası bütöv adadan ibarətdir. Kipr məsələsi Türkiyə və Kipr xalqlarının ortaq mübarizəsidir. Ona görə də Türkiyənin lideri bu məsələdə hər zaman narahatlığını və həssaslığını dilə gətirir. Onlar Şimali Kipr Türk Cümhuriyyətinin mövcudluğunu anlamalıdır. Biz azlıq təşkil edən hansısa bir xalqın nümayəndəsi deyilik. Biz Şimali Kipr Türk Cümhuriyyətinin qurucuları və vətəndaşlarıyıq. Bizi ölkə və respublika kimi tanımaları üçün sonadək mübarizəmizi davam etdirəcəyik. Hər iki toplumun birlikdə yaşamasını təklif edən federal həll yolu çözüm deyil. Bu məsələdə hər hansı bir həll yolundan söhbət gedirsə, o, ikidövlətli həll yolu olmalıdır. Bütün görüşlərimizdə bunu vurğuladıq və bundan sonra da mübarizəmizi davam etdirəcəyik".

Siyasi       Tarix: 29 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber.az cəbhədən yeni xəbərlər havanın temperaturu sou biznes